?Azpetrol?un bez yeni yanacaq doldurma məntəqəsi fəaliyyətə bazlayıb

img

09-09-2009 [05:00]


Bu il ?Azpetrol? Şirkətlər Qrupu Saatlı, Yevlax, Lənkəranda bir, Qusarda isə iki biri qazdoldurma məntəqəsi olmaqla, beş yanacaq doldurma məntəqəsini istifadəçilərin ixtiyarına verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ?Azpetrol? Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Camal Zeynalov məlumat verib. Onun sözlərinə görə, gələcəkdə ?Azpetrol? şirkətlərin yeni yanacaq doldurma mərkəzlərin açılması nəzərdə tutulub. Onun sözlərinə görə, gələcəkdə Bakı şəhərində yeni yanacaq doldurma mərkəzlərinin açılması planlaşdırılır. Qeyd edək ki, aeroport yolunun çəkilişi zamanı ?Azpetrol? yanacaq doldurma məntəqələrinin plana düşmüşdü. C.Zeynalov deyib ki, bununla bağlı şirkətə dövlət tərəfindən konpensasiya ödənilməsi haqqında ?Azpetrol? şirkətinə hər hansı bir məlumat daxil olmayıb. ?Azpetrol?un ?ABU? ilə birləşib, ?Sokar? şirkəti əvəz etməsi ilə bağlı deyilənlərə gəlincə, şirkət sözçüsü bunların həqiqətə uyğun olmadığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA