Misir Mərdanov: ?Xaricdə təhsil alan azərbaycanlıların sayı bez mini keçib?

img

09-09-2009 [03:03]


[b]?ABU-da yaranmış vəziyyət digər ali məktəblərə ibrət olmalıdır?[/b] Bu gün ?Trend? İnformasiya Agentliyinin ofisində 3-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. Müstəqil İnofrmasiya Agentliyinin xəbərinə görə, tədbirdə Təhsil və Karyera sərgisinin meneceri Xəyal Əliyeva, ?İtesa Kaspian? şirkətinin direktoru Fərid Məmmədov, Azərbaycanın təhsil naziri Misir Mərdanov və ?İtesa Kaspian? sərgisinin meneceri Mehriban Baxşiyeva iştirak ediblər. Tədbirdə çıxış edən Fərid Məmmədovun sözlərinə görə, bu sərgi artıq 3-cü dəfə keçirilir: ?Bu sərgi artıq ənənə halını alıb. İnanıram ki, belə sərgilər davamlı olacaq. Bu ilki sərgidə keçən illə müqayisədə 25 faiz artım müşahidə olunub. Bu sərgini keçirmək və ərsiyə gətirmək çox çətin idi. Amma buna baxmayaraq, Təhsil Nazirliyinin dəstəyi nəticəsində bu sərgini uğurla həyata keçirdik?. Digər çııxışçı Misir Mərdanov isə hamımızı sabah Heydər Əliyev adına İdman-Konsert Kompleksində 3-cü dəfə keçiriləcək Beynəlxalq Təhsil və Karyera Sərgisinin açılışına dəvət etdi: ?Sərgidə iştirak etmək istəyənlərin sayı artmaqdadır. Keçən il 13 faiz təşkil edirdisə, bu il sərgidə iştirak etmək istəyənlər 25 faiz təşkil edir?. Nazirin sözlərinə görə, sərgini ilk dəfə təşkil edəndə, bu, çoxları üçün qəbuledilməz olub: ?Artıq bizim təhsil ocaqlarımız bu məsəlinin nə qədər vacib olduğunu anlamağa başladı. Biz sərginin təşkilatçıları ilə görüşdük və lazımi dəstəyi verdik və nəticə də var. Ən sevindirici hal ondan ibarətdir ki, Azərbaycanın təhsil müəssisələrinin sayı xeyli artıb. Sevindirici hallardan biridə ondan ibarətdir ki, bu il yalnız ali təhsil müəssisələrimiz deyil, peşə məktəblərimiz, texnikumlarımız və orta təhsil məktəblərimiz də bu sərgidə böyük həvəslə iştirak edirlər. Daha bir sevindirici hal var ki, sərgidə iştirak edən xarici ölkələrin coğrafiyası xeyli genişlənib. Məsələn, İsveçrə, Böyük Britaniya, Türkiyə, Almaniya, İtaliya, Rusiya, Çexiya, Macarıstan və digər ölkələrdə olan təhsil müəssisələri geniş şəkildə təqdim olunacaqdır?. M.Mərdanov onu da nəzərə çatdırdı ki, azərbaycanlıların xaricdə təhsilinə xüsusi yer veriləcəkdir. Hələlik isə xaricdə təhsil alan azərbaycanlıların sayı 5 000-ə yaxındır. Nazir, son 3 ildə orta məktəblərimizdə məktəbli formasına keçidə başladıqlarıını da deyərək, öləkə ictimaiyyəti tərəfindən bunun müsbət qarşılandığını bildirib: ?Bu məsələ də sərgidə öz əksini tapacaqdır. Şirkətlərin təqdim etdiyi formalar Azərbaycan ictimaiyyətinə, mətbuata təqdim olunacaq və formaları necə almaq barədə də məlumatlar çatdırılacaq?. Tədbirdə M.Mərdanov Azərbaycan Beynəlxalq Universitetinə (ABU) tələbə qəbulunun aparılmaması məsələsinə də toxunub. Onun sözlərinə görə, bu il Azərbaycan hökumətinin qərarı ilə ABU-da I kursa tələbə qəbulu aparılmayıb: ?Amma bu, hələ həmin ali məktəbin bağlanması demək deyil. Əgər universitetin rəhbərliyi hökumətin qərarından nəticə çıxarıb işində dönüş yaradacaqsa, qərar dəyişəcək. Nəticə çıxarmayacaqsa, həmin qərar dəyişməyəcək. Mən dəfələrlə onların rəhbərliyini dəvət edib, söhbət aparmışam. Universitetdə II-IV kurslarda oxuyan tələbələr öz təhsillərini davam etdirəcəklər. Əgər onlar dövlət imtahanlarını verib qiymət ala bilsələr, dövlət nümunəli diplom alacaqlar. Fikrimcə, Beynəlxalq Universitetdə yaranmış bu vəziyyət digər dövlət və özəl ali məktəblərə ibrət olamalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA