Müdafiə Nazirliyinin Ağcabədidə yerləzən ?N? saylı hərbi hissəsində yanğın baz verib

img

09-09-2009 [12:29]


Ağcabədi rayonunda yerləşən Müdafiə Nazirliyinin ?N? saylı hərbi hissəsində yanğın baş verib. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə hərbi hissəsinin yaxınlığında yaşayan sakinlərdən biri məlumat verib. Verilən məlumata görə, yanğın bu gün səhər saatlarında - əsgərlər yeməyə gedərkən inzibati binalardan birində baş verib. Hadisə yerinə yanğünsöndürən çağırmadan hərbçilərin özləri yanğını söndürüblər. Yanğın nəticəsində xəsarət alanın olmadığı bildirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə məsələni araşdırıb məlumat verəcəklərini bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA