Sumqayıtlı müəllimlər arasında qaliblərin sayı artıb

img

09-09-2009 [12:06]


Ölkə başçısı İlham Əliyevin ?Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında? 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli sərəncamının 1-ci bəndinə uyğun olraq, Sumqayıt şəhərindən 2008-2009-cu tədris ilində keçirilmiş ?Ən yaxşı ümumtəhsil məktəbi? və ?Ən yaxşı müəllim? müsabiqələrində 3 məktəb və 10 nəfər müəllim müsabiqənin qalibi olublar. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov məlumat verib. Onun sözlərinə görə, ölkə başçısının adıçəkilən sərəncamından sonra Sumqayıt şəhər məktəbləri və müəllimləri öz nəticələri ilə seçilməkdədirlər: ?Bu il Təbiət Təmayüllü Gimnaziya, 11 və 1 nömrəli məktəblər ?Ən yaxşı ümumtəhsil məktəbi? müsabiqəsinin qalibi olublar. Burada xüsusiylə, Təbiət Təmayüllü Gimnaziyanı qeyd etməliyəm. Belə ki, bu məktəbin 3 müəllimi - Abbasova Həqiqət, Ellazov Fazil, İsmayılov Xudaverdi ?Ən yaxşı müəllim? müsabiqəsinin qalibi olublar. Hesab edirəm ki, biz bununla kifayətlənməyərək çalışacayıq ki, Sumqayıt şəhəri Azərbaycan təhsilində daha yüksək nailiyyətlər əldə etsin?. Təbiət Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov isə keçən ilə nisbətən bu il yüksək nailiyyətlər qazandıqlarını bildirib: ?Hər il olduğu kimi, bu ildə bizim tələbələr uğurlar əldə edərək ali məktəblərə qəbul olublar. Bu il 38 məzunumuz ali məktəbə qəbul olub. Onlardan 5-i 600 baldan yuxarı nəticə göstəriblər. Lakin 1 tələbəmiz - Bayramova Leyla Maarif qızı 660 ballıq nəticə ilə BDU-nun Tətbiqi-riyaziyyat fakültəsinə daxil olub. Bundan əlavə, əgər keçən il yalnız 1 müəllimimiz ?Ən yaxşı müəllim? müsabiqəsinin qalibi olmuşdusa, indi 3 müəllimimiz bu nominasiyanın qalibi olub. Təbii ki, biz bununla kifayətlənmirik. Gələcəkdə də daha yüksək nəticələr qazanacağımıza ümid edirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA