ETSN ətraf mühitin mühafizəsinə yönəlmiz tədbirləri davam etdirir

img

09-09-2009 [11:27]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2009-cu ilin 31 avqust - 06 sentyabr tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, araşdırmalar zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 16 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 5 göstəriş verilmişdir. Ümumilikdə 17 iş üzrə 18500 manat məbləğində cərimə tətbiq edilmiş və dəymiş ziyana görə 9 iş üzrə 108642,33 manat məbləğində iddia qaldırılıb. Atmosfer havasının mühafizəsi üzrə 2 akt tərtib olunmuş, 1 məcburi göstəriş verilib. 2 iş üzrə 3700 manat məbləğində cərimə tətbiq edilib. Yerin təkinin mühafizəsi sahəsində 5 akt və protokol tərtib olunmuş, 2 məcburi göstəriş verilmiş, 3 iş üzrə 1200 manat məbləğində cərimə tətbiq edilmiş və dəymiş ziyana görə 5 iş üzrə 106540 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 3 akt və protokol tərtib olunmuş, 2 məcburi göstəriş verilib. 6 iş üzrə 10000 manat məbləğində cərimə tətbiq edilib. Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 5 akt və protokol tərtib olunmuş, 6 iş üzrə 3600 manat məbləğində cərimə tətbiq edilmiş və dəymiş ziyana görə 4 iş üzrə 2102,33 manat məbləğində iddia qaldırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA