Müasir tələblərlə ayaqlaza bilməyən müəllimlərin izdən uzaqlazdırılması üçün hüquqi baza yoxdur

img

08-09-2009 [05:58]


Bu gün Musiqi Komediya Teatrında Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ?2008-2009-cu dərs ilinin yekunları və Azərbaycan müəllimlərinin XIII qurultayında irəli sürülmüş müddəaların yerinə yetirilməsi ilə əlaqədar qarşıda duran vəzifələr? mövzusunda çıxış edib. Onun sözlərinə görə, 2008-2009-cu tədris ilində keçirilmiş ?Ən yaxşı ümumtəhsil məktəbi? və ?Ən yaxşı müəllim? müsabiqələrində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan 24 ümumtəhsil müəssisəsi və 41 müəllim qalib olublar: ?Son illər Bakı şəhərində 22 yeni məktəb binası istifadəyə verilib, 28 əlavə tədris korpusu tikilib. Bu isə 2000-dən çox müəllimin işə qəbulu deməkdir. Əvvəllər bəzi direktorlar ehtiyac olmadan vakansiya yaratmaqla, hətta 6 saatdan az dərs yükü ilə müəllim götürməklə əslində müəllim sıxlığının artmasına səbəb olublar. Bu gün 6 saat dərs yükü ilə işləyən müəllimlərin sayı 1330 nəfərdir ki, onların da hamısı İdarə yaranmazdan əvvəl işə qəbul edilənlərdir. Azərbaycan bölməsində işləyən 2002 nəfər rus dili müəlliminin dərs saatlarının azlığı da bu bu statistikaya təsir göstərir. Problemlərdən biri də ibtidai sinif müəllimləri ilə bağlıdır. Məktəblərimizdə 990 nəfər ibtidai sinif müəllimi yığma saatlar hesabına işləyir. Lakin bu sayda ciddi azalma gedir. Belə ki, bu rəqəm 2006-cı ildə 1400, 2007-ci ildə 1073 nəfər olub. Sinif komplektlərinin azalması da bu məsələdə əsas səbəblərdən biridir. 2006-cı ildə ibtidai sinif komplektlərinin sayı 5404 idisə, 2008-ci ildə 5293 olub?. N.Rzaquliyev onu da bildirib ki, şəhərin mərkəzindəki təhsil müəssisələrində 6 saat və daha aşağı dərs yükü ilə işləyən müəllimlər olduğu halda, Qaradağ, Əzizbəyov və Sabunçu rayonlarında həmin ixtisas üzrə müəllimlər çatışmır: ?Bu problemi həll etmək üçün 3 il ərzində 128 nəfər müəllim zəruri ehtiyac olan məktəblərə köçürülüb. Məktəbəqədər təhsil müəssisələrində də pedaqoji kadrların işə qəbulunda dönüş yaradılıb. Nəticədə 2006-cı illə müqayisədə ali təhsillərin sayı 175 nəfər artıb, qeyri-pedaqoji təhsillilərin sayı isə 100 nəfər azalıb. Hazırda ümumtəhsil məktəblərində 4247 nəfər müəllim və ya bütün müəllimlərin 13%-i təqaüd yaşlıdır. Ancaq məsələ burasındadır ki, müasir tələblərlə ayaqlaşa bilməyən müəllimlərin işdən uzaqlaşdırılmasını tənzimləyən normativ-hüquqi baza yoxdur. Bu, müvafiq sahədə islahatların həyata keçirilməsinə maneçilik törədir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA