MTN ?iran-Azərbaycan? və ?iran-Azərbaycan-Rusiya? marzrutu üzrə narkotik qaçaqmalçılığı ilə məzğul olan dəstəni zərərsizləzdirib

img

08-09-2009 [05:09]


Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində son günlər keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində ?Iran-Azərbaycan? və ?İran-Azərbaycan-Rusiya? marşrutu üzrə qaçaqmalçılıq yolu ilə arkotiklərin daşınması ilə məşğul olan şəxslər ifşa olunaraq zərərsizləşdirilib, onlardan ümumilikdə 180 kiloqrama yaxın narkotik vasitələr ? heroin, həşiş və tiryək akşar edilərək götürülüb. MTN-nin İctimai Əlaqələr Mərkəzindən Müstəqil Informasiya Agentliyinə daxil olan məlumata görə, MTN və və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə keçirilmiş əməliyyat tədbirlərinin növbəti mərhələsində ?İran-Azərbaycan-Rusiya? marşrutu ilə külli miqdarda narkotik vasitələrin daşınmasını həyata keçirən, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşının göndərdiyi narkotik vasitələr aşkarlanaraq götürülüb. Məlum olub ki, həmin şəxs tərəfindən İran ərazisində, Astara rayon sakini, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının pasportlarına malik Mütair Musayevin idarə etdiyi, içərisinə Rusiyaya aparmaq üçün kartof yüklənmiş ?MAN? markalı yük avtomobilində əvvəlcədən xüsusi olaraq hazırlanmış gizli saxlancda külli miqdarda narkotik vasitə olan həşiş yerləşdirilib. Qeyd olunan avtomobil Rusiya Federasiyasının ərazisinə keçdikdən sonra da hərəkət marşrutu izlənilib. Avtomobil Ufa şəhəri yaxınlığında saxlanılıb. Keçirilmiş baxış nəticəsində həmin gizli saxlanc yerindən 143 kiloqram 605 qram həşiş aşkarlanaraq götürülüb. MTN-nin keçirdiyi daha bir əməliyyat tədbiri zamanı Astara rayon sakini Firdos Həsənov saxlanılıb, ondan külli miqdarda həşiş aşkarlanaraq götürülmüşdür. Məlum olub ki, Firdos Həsənov hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından Astara rayonunun Şahağacı kəndi istiqamətində Xəzər dənizində təhvil aldığı narkotiki açıq dənizdə balıqçı torları bərkidilmiş millərdən birinə bağlayaraq gizlədib. Məqsədi narkotiki sonradan həmin iranlının deyəcəyi şəxsə çatdırmaq olub. Lakin Firdos Həsənov narkotik vasitənin yerini dəyişmək üçün gecə saat 3 radələrində onu dənizdən çıxaran zaman MTN əməkdaşları tərəfindən saxlanılıb və 10 kiloqram 132.9 qram həşiş aşkarlanaraq götürülüb. Keçirilən digər əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Bakı şəhər sakini Səttarxan Cabbarov və Astara rayon sakini Elşən Hüseynov saxlanılıb, onlardan 6 kiloqramdan artıq tiryək və 3 kiloqrama yaxın həşiş aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, yuxarıda adları çəkilən şəxslər, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətiriblər. Səttarxan Cabbarovun tapşırığına əsasən, Elşən Hüseynov narkotik vasitələri təhvil alaraq Astara rayonunun Şümrüd kəndinə gətirib evində gizlədib. MTN-nin daha bir əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı Əyyub Abbasi, Lənkəran şəhər sakini Fuad Kələntərov, Biləsuvar rayon sakinləri - Nicat Kərimov, İlkin Mamedov və Cəlilabad şəhər sakini Rövşən Hüseynov, habelə dövlət sərhədini qanunsuz keçmiş, hazırda şəxsiyyətləri araşıdırılan, özlərini Əfqanıstan İslam Respublikasının vətəndaşları kimi təqdim etmiş Yasin Rzayi, İsmətulla Rzayi, Əsədulla Əmiri və Şahəvi Məhəmmədi saxlanılmışlar. Keçirilmiş baxış zamanı onlardan 11 kiloqram 500 qramdan artıq həşiş, 3 kiloqrama yaxın tiryək və 2 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, rəsmi qaydada Azərbaycan Respublikasına gəlmiş Əyyub Abbasi, Rövşən Hüseynov və Fuad Kələntərov Cəlilabad şəhərində görüşərək narkotik vasitələrin gətirilməsi və onların qiyməti barədə razılığa gəlmişlər. Razılaşmaya əsasən, narkotik vasitələrin 10 kiloqramı Fuad Kələntərova çatmalı idi. Əyyub Abbasinin sifarişi ilə 2009-cu il sentyabrın 5-də gecə radələrində, hazırda şəxsiyyətləri istintaqla araşıdırılan 4 nəfər silahlı İran İslam Respublikasının vətəndaşı Cəlilabad rayonunun Dələli kəndi yaxınlığında həmin narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə keçirmiş və Nicat Kərimovla İlkin Mamedova veriblər. Əyyub Abbasinin tapşırığına əsasən, Nicat Kərimov narkotiklərdən başqa, həmin silahlı yaraqlılardan onların Azərbaycan ərazisinə keçirdikləri və özlərini Əfqanıstan vətəndaşları kimi təqdim edən 4 nəfər şəxsi də təhvil alıb. Sonra həmin dörd nəfər şəxs, Nicat Kərimov və İlkin Mamedov sonuncunun idarə etdiyi ?VAZ-21011? markalı avtomobildə Biləsuvar rayonuna gəliblər. MTN tərəfindən keçirilən çevik əməliyyat tədbirləri ilə həmin şəxslər yaxalanıblar. Eyni zamanda, məlum olub ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən Hicat Kərimov həmin narkotiklərin bir hissəsini Fuad Kələntərova təhvil verməli, digər hissəsini isə gizlətdikdən sonra Əyyub Abbasinin deyəcəyi şəxsə çatdırmalı imiş. Nicat Kərimov, həmçinin sərhədi qanunsuz keçmiş şəxsləri taksi ilə Bakı şəhərinə yola salmalı və bütün bu işlərin müqabilində Əyyub Abbasidən 5 min ABŞ dolları almalı imiş. Qeyd olunan faktlarla bağlı başlanılmış cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA