Sabir Rüstəmxanlı: ?Elə bir siyasət yürüdülür ki, Qarabağ unudulsun?

img

08-09-2009 [02:55]


?Qarabağ məsələsi həllini tapmadığı bir dönəmdə Türkiyə-Ermənistan münasibətlərinin istiləşməsini və müəyyən diplomatik əlaqələrin qurulmasını mən bir vətəndaş olaraq istəməzdim?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri millət vəkili Sabir Rüstəmxanlı deyib. Onun sözlərinə görə, 2003-cü ildə Türkiyə-Ermənistan arasında diplomatik əlaqələr kəsiləndə əsas şərt bu idi ki, Qarabağ məsələsi, yəni Azərbaycanın düşmən tapdağı altında olan torpaqları azad olmayana qədər bu əlaqələr bərpa olunmayacaq: ?Bildiyiniz kimi, bir neçə ay bundan qabaq sərhədlərin açılması məsələsi gündəmə gələndə bizim qadın millət vəkilləri Türkiyəyə səfər etmişdilər. İqtidar və müxalifət bir sıra görüşlər və çıxışlar oldu. Mən keçirilən tədbirlərdə və görüşlərdə hiss etdim ki, Türkiyə xalqı bu məsələni qəbul etmir. Hətta bununla bağlı mən bir şeir də yaşmışdım: ?Türk xalqı olmaz deyir?. Bu gün də olmaz deyir. Amma Türkiyəyə təzyiqlər güclüdür. Bunu da çox gözəl şəkildə başa düşürük. Türkiyəyə indiki durumda təzyiqlər var. Türkiyə həlledici söz sahibi olmaq istəyir. Sülhün bərqərar olması üçün Türkiyə fəal rol oynayır. Bunları nəzərə alaraq Türkiyəni də hardasa başa düşmək olar. Çox təəssüflər olsun ki, Türkiyə-Ermənistan danışıqlarında Qarabağ məsələsi çıxarılıb. Türkiyə bir dövlət olaraq özü bu addımı atsa, bunu başa düşmək olar, amma Türkiyə kimi bir dövlətn təzyiqlər altında bu yolu seçməsini bir vətəndaş kimi, bir millət vəkili kimi qəbul etmirəm və çox pis baxıram. Amma nəticə etibarı ilə hər halda Türkiyə məclisində müzakirə olunacaq. Məclisin səs verməsi olmadan heç bir addım atıla bilməz. Mən də hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisi buna səs verməz. İnanıram ki, Türkiyə xalqı buna səs verməz. Amma bu həm də bizə bir mesajdır, bir xatırlatmadır. Azərbaycan bu məsələni 17 ildir ki, həll edə bilmir. ATƏT bunu həll etmir. Biz yəqin bir 17 il yenə gözləməli olacağıq. ATƏT-i bununla bağlı fəaliyyəti tənqid edilir, hətta o səviyyəyə gəlib çıxıb ki, ATƏT onları tənqid edənlərə başqa münasibət bəsləyir. ATƏT bu məsələni həll etmirsə, bunun bir sonu olmalıdır. Əgər danışıqlarla həll olunmursa, bu danışıqların bir limiti bir vaxtı olmalıdır. Hər halda torpaqlarımız düşmən əlində qaldıqca, o torpaqlarda yaşamış nəsillər ölüb gedir. Bu gün Zəngəzur gəncliyin yaddından çıxıb, halbuki 20-ci illərdə bütün dünya deyirdi ki, Zəngəzur qeyd-şərtsiz Azərbaycanın torpağıdır. Bu gün bunu deyən yoxdur. Qarabağ mübahisəsi var idi, amma Zəngəzur mübahisəsi yox idi. Gənclərimizə də bunları xatırladan yoxdur, onlarda get-gedə unudurlar. Ona görə də bir siyasət yürüdülür ki, Qarabağ da unudulsun?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA