Kremli qənnadı məhsullarında normadan artıq bağırsaq çöpləri azkar edilib

img

08-09-2009 [02:49]


Kremli qənnadı məhsulları üzərində aparılan monitorinqlərin nəticələri bəlli olub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidimiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, 4 nümunədən qeyri-kafi nəticə əldə olunub: ?Ümumilikdə, 60 adda kremli qənnadı məhsulları mərkəzə gətirilərək müayinədən keçirilib. Səbail Rayonu Q.Abbasov küçəsi 12/14 ünvanında yerləşən şirniyyat məmulatları istehsalı sexindən kremli tort və ?ekler? pirojnasında, Səbail Rayonu Qurbanov küçəsi 56 ünvanında mağazada, Binəqədi rayonu Azadlıq prospekti 209 üvanında ?kremli borucuq? adlanan şirniyyat məhsulunda normadan artıq bağırsaq çöpləri aşkar edilib. Artıq tərəfimizdən təkrar nümunələr götürülərək müayinə edilir. Təkrar müayinələrin nəticələri bir neçə günə açıqlanacaq?. İ.Abdullayev deyib ki, hazırda quş əti və yumurta məmulatları, spirtli içkilər üzərində laborator-bakteoroloji tədqiqatlar aparılır: ?Bu gündən etibarən xörək duzu üzərində yoxlamalara start verilib. Yoxlamalar sentyabrın 15-də yekunlaşacaq. Bundan sonra konservləşdirilmiş və hisə verilmiş balıq məhsulları üzərində monitorinqlər aparılacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA