Əhali ?donuz qripi? qarzı peyvənd olunmağa meylli deyil

img

08-09-2009 [01:41]


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, artıq A/H1N1 virusundan (?donuz qripi?) 2837 nəfər dünyasını dəyişib. Təşkilat dünya ölkələrini pandemiyanın ikinci dalğasına hazırlaşmağı tövsiyə edir. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov deyib ki, hələki ölkəmizdə əhali mövsümi qripə qarşı peyvəndə olunmağa meyilli deyil: ?Hər il əhalinin müəyyən qismi sentyabrın ortalarından başlayaraq oktyabrın əvvəllərinədək mövsümi qripə qarşı peyvənd olunur. Aydın məsələdir ki, bu, könüllüdür. Hələki ?donuz qripi?nə qarşı vaksin aşkarlanmadığından, bütün dünyada əhali mövsümi qripə qarşı peyvənd olunur. Lakin ölkəmizdə insanlar peyvənd olunmağa meyilli deyillər?. Ş.Qurbanovun sözlərinə görə, Həcc ziyarətinə getmək istəyənlər Səudiyyə Ərəbistanından gələn xəbərdarlığa əsasən mütləq mövsümi qripə qarşı peyvənd olunmalıdırlar: ?Əks halda onlar ziyarətə gedə bilməyəcəklər. Həcc mövsümü noyabr ayında olduğundan hələki zəvvarlar peyvənd olunmayıblar?. Direktor müavini qeyd edib ki, sözügedən peyvənd könüllü olduğundan ödənişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA