ANAMA avqust ayında görülən izlərlə bağlı hesabatını açıqlayıb

img

08-09-2009 [12:23]


2009-cu ilin avqust ayı ərzində 2 milyon 618 min 950 kvm ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan təmizlənib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, ötən ay ərzində 9 min 430 partlamamış hərbi sursat və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 425 nəfər mütəxəssis və 115 nəfər yardımçı heyət, 5 mexaniki minatəmizləmə maşını və30 minaaxtaran it iştirak edib. Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Fizuli, Tovuz, Ağstafa rayonlarında və Bakı şəhəri Qaradağ rayonu ərazisində aparılır. Ötən ay ərzində 1 bədbəxt hadisə qeydə alınıb. Belə ki, 13 avqust 2009-cu il tarixində Fizuli rayonu Qaraxanbəyli kəndi ərazisində həmin rayonun Əhmədalılar kənd sakini, 1968-ci il təvəllüdlü Məhərrəməov Əfsər Məhərrəm oğlu traktorla yer şumlayarkən tank əleyhinə minaya düşərək, qarın nahiyəsindən və qolundan yüngül xəsarət alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA