Fərhad Abdullayev: ?Bəzi məhkəmələr Konstitusiya Məhkəməsinin mövqeyini kifayət qədər nəzərə almır?

img

07-09-2009 [06:40]


?Ötən illərlə müqayisədə bu il Konstitusiya Məhkəməsinə edilən şikayətlərin sayı azalmayıb. Hər il Konstitusiya Məhkəməsinə təxminən 2000 müraciət daxil olur. Bu il də təxminən eyni sayda şikayət daxil olub?. Bunu jurnalistlərə açıqlamasında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev verib. F.Abdullayev bəzi məhkəmələr qərar qəbul edərkən Konstitusiya Məhkəməsinin ümumi mövqelərini nəzərə almadığını bildirdi: ?Bəzi məhkəmələr sonradan baxılan işlərdə Konstitusiya Məhkəməsinin mövqeyini kifayət qədər nəzərə almır. Belə hallar az da olsa var. Bu da sonda Konstitusiya Məhkəməsi qərarının icra edilməməsi kimi qiymətləndirilməlidir. Elə hallar olub ki, ya eyni işlə bağlı ikinci dəfə məhkəmə keçirmişik, ya da belə məsələyə görə işin baxılması uzanıb. Bu da xoşagəlməz haldır?. Konstitusiya Məhkəməsinin sədri bələdiyyələrlə bağlı quruma şikayət daxil olmadığını vurğuladı: ?Bələdiyyələr hazırda hüquqlarını müdafiə etmək üçün aşağı instansiya məhkəmələrinə müraciət edir. Qanunvericiliyə görə, bələdiyyə aktlarından hər bir kəsin ümumi məhkəmələrə müraciət etmək hüququ var. Vətəndaşlar da həmin hüquqdan istifadə edir. Bu hüquq onlara imkan verir ki, aşağı instansiya məhkəmələrində hüquqlarını müdafiə etsinlər. Vətəndaş aşağı instansiya məhkəmələrindən keçəndən sonra hansısa normaların Konstitusiyaya zidd olduğunu hesab etdiyi təqdirdə Konstitusiya Məhkəməsinə müraciət edə bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA