Məzahir Pənahov: ?Qadınların seçkili orqanlarda təmsilçiliyi zəifdir?

img

07-09-2009 [06:33]


?Azərbaycanda qadınların real həyatda tutduğu statusla, seçkili orqanlarda tutduğu status bir-biri ilə ziddiyyət təşkil edir. Bizdə qadınlar Avropada olduğu kimi həyatın bütün sahələrində fəal iştirak edirlər. Mədəniyyət, təhsil, incəsənət sahəsində qadınların fəaliyyəti genişdir. Amma nədənsə, qadınların seçkili orqanlarda təmsilçiliyi məndə razılıq hissi doğurmur. Səbəbi də qadınların özlərindədir. Bu işdə onlara kiminsə mane olmasını düşünmək ədalətsiz olardı. İstərdik ki, qadınlar bələdiyyə seçkilərində geniş təmsil olunsunlar?. Bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. M.Pənahovun sözlərinə görə, hazırda seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində iş aparılır: ?Bu proses yekunlaşmaq üzrədir. Artıq bələdiyyə seçkiləri ilə bağlı atılacaq bütün addımldar barədə təqvim planı hazırdır. Seçkilər üçün əhəmiyyətli olan təlimatlar isə qəbul edilib və toplu şəklində yaxın vaxtlarda dərc ediləcək?. MSK sədri bələdiyyə seçkilərinin dekabrın ortalarında keçiriləcəyini vurğuladı. Son bələdiyyə seçkiləri 2004-cü il dekabrın 17-də keçirilib. Bələdiyyələr 5 il müddətdə seçildiyindən bu il də dekabrın ortalarında keçirilməlidir?. M.Pəhanov hərbi hissə və cəzaçəkmə müəssisələrində səsvermə ilə bağlı narazılıqların olmadığını bildirdi: ?Həmin yerlərdə səsvermə Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilir. Hər bir prosesdə isə narazılar ola bilər. Azərbaycanda da 5 milyon nəfərə yaxın seçici var və onların da müəyyən qrupu narazı ola bilər?. MSK sədri bələdiyyələrin birləşdirilməsinin seçki prosesinə də müsbət təsir göstərəcəyini bildirdi: ?Bəzi bələdiyyələr var idi ki, ərazisində 10-15 ev yerləşirdi. Bəzi hallarda ailə təsərrüfatına bələdiyyə statusu verilmişdi. Bələdiyyələrin sayının azaldılması isə seçki prosesinə də müsbət təsir edəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA