Azərbaycan-iran sərhədində atızma olub

img

07-09-2009 [04:19]


Dövlət Sərhəd Xidməti Gürcüstandan Azərbaycana Kür çayında rezin qayıqla külli miqdarda qaçaqmal keçirilməsi cəhdinin qarşısını alıb. Qurumun mətbuat mərkəzinin yaydığı xəbərə görə, sərhədin Qazax rayonunun İkinci Şıxli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilən tədbirlər nəticəsində Şahməddin Mustafayev və Ürfət Mustafayevin ölkəmizə qanunsuz yolla yüzlərlə mobil telefon, onlarla qutu psixotrop tərkibli dərman preparatlari, araq və kustar üsulla limonad istehsalı üçün etiketlər, toz halında konsentratlar və limonad şüşələrinin qapaqlarının gətirməsinə imkan verilməyib. Cəlilabad rayonunun Gendərə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində isə İrandan Azərbaycana 7 silahlı şəxsin külli miqdarda narkotik vasitə keçirməsinin qarşısı alınıb. Silahlılarla sərhədçilər arasında baş vermiş atışma nəticəsində qaçaqmalçılar 11 kiloqramdan artıq narkotik vasitəni hadisə yerində ataraq qaçıblar. Hər iki faktla bağlı cinayət işi açılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA