Esmira Orucova məhkəmələrin süründürməçiliyindən narazıdır

img

07-09-2009 [04:04]


Bu gün ?Həsrət Yolu? Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova Bakı Apelyasiya Məhkəməsinə dəvət edilib. Orada ona hakim Elmira Nağıyevanın imzası ilə qərardad təqdim edilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ?Həsrət Yolu? Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova məlumat verib. Qərardadda göstərilib ki, 27 avqust 2009-cu ildə Bakı Apelyasiya Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Kollegiyası hakim Elmira Nağıyevanın sədrliyi və məruzəsi ilə Səadət Bəktaşi və Vaqif Mursaqulovdan ibarət tərkibdə Esmira Orucovanın Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına qarşı iddiası üzrə aidiyyatı məsələsinə baxılıb. Esmira Orucovanın sözlərinə görə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq ayırd edib ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən qərara alınıb ki, Esmira Orucovanın Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına qarşı iddiası, hazırkı mülki işə 1 saylı İqtisad Məhkəməsində baxılsın: ?Nəzərinə çatdırım ki, əvvəlcə mənim sənədlərim 1 saylı İqtisad Məhkəməsində idi. İqtisad Məhkəməsi vaxt udmaq üçün ayın 26-da Bakı Apelyasiya Məhkəməsinə göndərmişdi. Bakı Apelyasiya Məhkəməsi də heç bir tərəfi çağırmadan tezləşdirərək qanuni qərar çıxaraq, həmin yerə göndərilib?. Hüquq müdafiəçisi onu da bildirib ki, bütün maneələrə baxmayaraq, məsələnin arxasınca sonadək gedəcək: ?Onlar sadəcə vaxt udmaq istəyirlər. Onlar çalışırlar ki, mən inadımdan dönüm və bu məsələdən əl çəkim. Lakin mən bu məsələni bu cür qoymayacağam?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA