Hacıağa Nuri: ?Hidayət Orucov vəzifəyə gələndən bəri məscidlərin sökülməsi intensivləzib?

img

07-09-2009 [03:10]


Bu gün Azərbaycan Media Mərkəzində Hacı İlqar İbrahimoğlunun təşkilatçısı ilə ?İslam Mədəniyyəti Paytaxtının sökülən məscidləri? mövzusunda mətbuat konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Hacı İlqar İbrahimoğlu vətənimizin paytaxtı İslam Mədəniyyətinin Paytaxtı elan edilən bir ildə islamofobiya təzahürlü proseslərin bir destruktiv sel kimi milli-mənəvi dayaqlarımızı sarsıtmaqda olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, baş verənlər o qədər sarsıdıcıdır ki, bunlar yalnız mənəvi tənəzzül prosesinin bir halqası kimi qəbul edilə bilməz: ?Hazırkı nəsil bunun acı nəticələrini mənəvi-psixoloji müstəvidə yaşayacaqsa, gələcək nəsillər üçün bu ? dayanıqlı və sağalmaz milli natamamlıq kompleksi, ?öz məscidini dağıdan millətin övladı? sindromu deməkdir. Bütün bu misilsiz islamofob təzahürlərin məhz Bakının İslam Mədəniyyəti Paytaxtı elan edilməsi ilində baş verməsi təsadüfi hal kimi qəbul edilə bilməz. Sanki Azərbaycan insanının islami kimliyinə, milli-mənəvi köklərə qayıdışını əngəlləmək istəyən qüvvələr məhz bu ildə bu cür dağıdıcı proseslərə rəvac verməklə həm Azərbaycanın İKT üzvü olaraq imicini zərbə altında qoymaq, həm də ölkə insanının mental dəyərlərinə mənfi revizionist hücumlar etmək məqsədlərini reallaşdırır. Biz sökülən məscidlərlə bağlı İşçi Qrupunun yaradılmasını bəyan edirik. İşçi Qrupun əsas məramı baş verən proseslərin ağır nəticələri haqqında ictimaiyyətə və ölkə yetkillərini məlumatlandırmaq, problemin həlli istiqamətində müdafiə tədbirlərini həyata keçirmək, proseslərin müsbət məcraya dəyişməsini təmin etməyə çalışmaqdır. Bəzi şəxslərin məscidlərin qeyri-qanuni sayması, onların kökünün və nəcabətinin qeyri-qanuni çıxması deməkdir. Bayram ovqatında belə məsələlərə vaxt sərf edilməməlidir. Çox istərdim ki, bu məsələ tezliklə öz həllini tapsın. Ümid edirəm ki, prezident İlham Əliyev məscidlərin sööküləmsini öz ədalətli münasibətini bildirəcək? ?Mənəvi Saflığa Dəvət? İctimai Birliyinin sədri, fəlsəfə elmləri doktoru Hacı Elşən Mustafaoğlu müqəddəs Ramazan ayında məscidlərin sökülməsi və qapadılmasının faciə olduğunu bildirib: ?Biz televiziyada Şuşa məscidini sınıq-salxaq vəziyyətdə görəndə ürəyimiz ağrıyır. Lakin ermənilər Şuşa məscidini sökməyiblər. Gör, nə qədər amansız olasan ki, erməninin etmədiyini sən edəsən. Bəzi məmurlar bildirirlər ki, bunlara məscid sökülməsi adını vermək düzgün deyil. Onların fikrinə görə, bunlar məscid adı ilə tikilən qanunsuz tikililərdir. Bütün bunlar absurddur. İnanın ki, din qardaşlarımız məscidin tikilməsində nə cür əziyyətlərə düçar olublar. Bundan əlavə, bu gün ölkəmizdə dini azlıqlara olan diqqət, tolerantlıq dini çoxluğa göstərilmir. Hökumət bir tərəfdən Təzə Pir məscidini tikir, digər tərəfdən Fatimeyi-Zəhra məscidini sökmək istəyirlər. Onlar məntiqsiz bəhanələr gətirməklə bir neçə məscidimizi qapadıblar. Harda görmüsüz ki, məhkəmə hansısa kilsənin və ya sinaqoqu qapadılması ilə bağlı qərar çıxarsın? Lakin bizim məscidlər qapadılır və məntiqsiz qərarlar çıxarılır?. İslam Partiyasının sabiq sədri Hacı Hacıağa Nurinin sözlərinə görə, son zamanlar məscidlərimizə olan münasibət Azərbaycanın milli məsələsidir: ?Hələ 1937-ci ildə Stalin repressiyasında Azərbaycandan on minlərlə ruhani sürgün edilməsinə baxmayaraq, məscidlər sökülmədi. Allah təladan bizə bəla gözləyir. Biz torpaqlarımızı almaq haqda fikirləşmək əvəzinə, məscidəlimizi sökürük. Heç kim bunu təsəvvürünə gətirmədi. Ancaq reallıq göz qarşısındadır. Axırda hər şey bəlli olacaq ki, məscidlərin sökülməsi nə məqsəd daşıyır, o ərazini kimə və hansı vəsaitə satıblar. Ona görə də mən tələb edirəm ki, Şeyx həzrətləri prezidentə real vəziyyəti danışsın. Bundan əlavə, millət vəkilləri də bu məsələyə biganə qalmamalıdırlar. Nəzərinizə çatdırım ki, Hidayət Orucov vəzifəyə gələndən bəri məscidlərin sökülməsi daha intensiv xarakter alıb. Yeganə İslam İnstitumuz var, onun da rayonlarda filiallarını bağlayıblar?. Sonda təşkilatçılar məscidlərin sökülməsi ilə bağlı video görüntü təqdim etdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA