Səbaildə təhsil sahəsindəki görülən və qarzıdakı dövrdə görüləcək izlər müzakirə olunub

img

07-09-2009 [01:42]


2008-2009-ju təhsil ilində əldə olunmuş nailiyyətlər, rayon məktəblərinin yeni tədris ilinə hazırlığının yekunu və tədris müəssisələrinin pedaqoci kollektivləri qarşısında duran məsələlər Səbail rayonunda müzakirə olunub. Rayon rəhbərliyi, rayonun pedaqoci işçilərinin və ijtimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirəni giriş sözü ilə açan Səbail rayon İjra Hakimiyyətinin Başçısı Asif Əsgərov rayonun təhsil müəssisələrində qazanılan uğurlar və görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, hazırda rayonda 18 orta və 18 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə başçısı jənab İlham Əliyevin təhsilə olan diqqət və qayğısı nətijəsində son illər ərzində respublikanın bütün yerlərində olduğu kimi Səbail rayonunda da Dövlət Proqramına uyğun olaraq bir sıra işlər həyata keçirilib. Tədris ilinə hazırlıq müddətində hazırda rayonun ən qojaman məktəblərindən olan 132 saylı orta məktəbdə və ?İstedad? Beynəlxalq Təhsil Kompleksinin binalarında əsaslı təmir-bərpa təmir işləri aparılır. Aparılan əsaslı təmir işlərinin müddəti nəzərə alınaraq məktəbdəki təhsil prossesinin pozulmasına yol verilməməsi məqsədi ilə hər iki təhsil müəssisənin şagirdlərinin müvəqqəti olaraq digər məktəblərdə təhsillərini davam etdirməsi təmin olunub. Yay ayları ərzində rayon İjra Hakimiyyətinin mürajiətinə əsasən Bayıl qəsəbəsindəki 1969-ju ildə tikilmiş və 1009 şagirdin təhsil aldığı 163 saylı orta məktəbdə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir işlərinə başlanmış və yeni dərs ilinin başlanğıjına kimi məktəb təhvil veriləjəkdir. 91 saylı orta məktəb, 157 saylı uşaq bağçası və 3 saylı Uşaq musiqi məktəbini istiliklə təchiz edən qazanxana sökülmüş və yerində yeni müasir qazanxana quraşdırılır. Burada son tamamlama işləri davam edir və yeni dərs ilinin başlanğıjına kimi qazanxana təhvil veriləcəkdir. Hazırda 91 saylı məktəbin daxili istilik sistemi də dəyişdirilərək yenisi ilə əvəz olunur. Bu il 189 saylı orta məktəbin sanitariya qovşaqları da əsaslı təmir edilmiş, 203 saylı orta məktəbin idman zalı və zalın dam örtüyü, sanitariya qovşaqları, həmçinin 236 saylı orta məktəbin köhnə binasının bir hissəsində təmir işləri başa çatmaq üzrədir. Rayonun digər orta məktəblərində də yeni dərs ilinə hazırlıqla bağlı jari təmir işləri aparılmışdır. RİH tərəfindən məktəblərdə aparılan təmir işləri nəzarətdə saxlanılmış, bir sıra məktəblərə tikinti materialları və s. köməklik göstərilmişdir. Qeyd olunan işlərlə yanaşı hələlik həllini tapmamış, görülməsi vajib sayılan məsələlər və onların həlli yolları müzakirə olunmuşdur. Müşavirədə qeyd olunub ki, bu il rayonun orta məktəblərini 1562 nəfər bitirmiş, onlardan 1396 nəfəri ali məktəbə qəbul olunmaq üçün sənəd vermiş, 852 nəfəri tələbə adını qazınmışdır. Ali məktəblərə qəbul olan abituriyentlərdən 176 nəfəri 500-dən çox, 33 nəfəri 600-dən çox, onlardan 5 nəfəri isə 650-dən çox bal toplamışdır. Ali məktəblərə bu ilki qəbul zamanı rayonun 160 saylı Klassik gimnaziyasının (28 nəfər), 236 saylı orta məktəbinin (18 nəfər), Beynəlxalq Təhsil Kompleksinin (16 nəfər), 239 saylı orta məktəbinin (15 nəfər), 6 saylı məktəb-liseiyin (13 nəfər), 49 saylı İntellekt liseyin (13 nəfər), 7 və 91 saylı orta məktəblərinin (11 nəfər) şagirdləri 500-dən çox bal toplayaraq müxtəlif ali məktəblərə qəbul olublar. 6 saylı İntellekt məktəbi-liseyinin 10 nəfər, 160 saylı Klassik gimnaziyanın isə 8 nəfər məzunu xariji ölkələrin ali təhsil müəssisələrinə qəbul olunub. Pre?zi?den?t İl?ham Əli?ye?vin sə?rən?ja?mı əsa?sın?da ke?çi?ri?lən ?İlin ən yax?şı ümum?təh?sil mək?tə?bi? və ?İlin ən yax?şı mü?əl?li?mi? res?pub?li?ka mü?sa?bi?qə?sin?də Səbail ra?yo?nu?nun ?İstedad? Beynəlxalq Təhsil Kompleksi, 2 saylı Texniki-humanitar elmlər liseyi, 190 və 239 saylı orta məktəbləri, həmçinin 190 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Aygün Həşimova, 6 saylı məktəb-liseyin tarix müəllimi Elmin İmanov, 7 saylı orta məktəbin ingilis dili müəlliməsi Məlahət Rəhimova və ibtidai sinif müəlliməsi Telli Şabanova, 49 saylı İntellekt liseyin Azərbayjan dili və ədəbiyyatı müəllimi Elçin Manafov qaliblər arasında olublar. Toplantıda Prezident sərənjamı ilə qalib elan olunmuş orta məktəblərə, müəllimlərə, həmçinin məzunlar arasında ən yüksək nətijə göstərmiş tələbələrə Səbail rayon İjra Hakimiyyəti Başçısı tərəfindən qiymətli hədiyyələr təqdim olunub. Tədbirdə həm də rayonun ijtimai siyasi həyatında yaxından iştirak edən 8 nəfər fənn müəllimi RİH və Regionların İnkişafı İjtimai Birliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Elan olunmuşdur ki, yeni dərs ilinin əvvəlindən məktəblilərin respublika və şəhər Fənn Olimpiadalarında qalib gəlmiş şagirdlərə RİH və Regionların İnkişafı İjtimai Birliyi tərəfindən təsis olunmuş aylıq təqaüdlər veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA