48 sudaboğulma hadisəsi qeydə alınıb

img

07-09-2009 [12:11]


Yay mösümü ilə əlaqədar olaraq, bu günə kimi 48 sudaboğulma hadisəsi baş verib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə rəis müavini Rauf Nağıyev Müstəqil İnformasiya Agentliyinə deyib ki, sudaboğulma hadisəsinin 23-u ölümlə nəticələnib: ?Suda boğulmaq təhlükəsi ilə üzləşən 13 nəfər isə xəstəxanaya vaxtında çatdırıldığı üçün sağ qalıb?. R.Nağıyev onu da bildirib ki, dünən hovuzda boğulma hadisəsi də qeydə alınıb: ?7 yaşlı oğlan uşağı hovuzda üzərkən boğulma təhlükəsiylə üzləşsə də, xoşbəxtlikdən sağ qalıb?. Rəis müavininin sözlərinə görə, Buzovna və Şüvəlan qəsəbələrindəki çimərliklərdə də boğulma hadisəsi baş verib: ?Dünən 15 yaşlı oğlan Buzovna çimərliyində, Şüvəlan çimərliyində isə 29 yaşlı oğlan boğulub. Çox təəssüflər olsun ki, onların həyatını xilas etmək olmayıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA