Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun erməni qonağı olacaq

img

06-09-2009 [09:28]


Sentyabrın 17-18-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin fövqəladə hallar nazirlərinin iclası keçiriləcək. Bu tədbirdə iştirak etmək üçün təşkilata üzv ölkələrin fövqəladə hallar nazirləri sentyabrın 15-dən etibarən ölkəmizə gələcəklər. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata əsasən Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovda xarici qonaqları yüksək səviyyədə qarşılmaq üçün ciddi hazırlıq görür. Bu mötəbər tədbirdə Ermənistanın nümayəndəsinin iştirak edib-etməyəcəyi ilə bağlı hələlik məlumat verilmir. Amma azərbaycanlı nazirlərin Ermənistana səfərinə qarşılq olaraq bu dəfə də erməni nazirin Bakıya gələcəyi istisna olunmur. Hətta qeyri-rəsmi mənbələr Ermənistanın fövqəladə hallar naziri Mqer Şaxqeldyanın bu səfərdən imtina etməyəcəyini vurğulayırlar. Erməni nazirin paytaxmızda təhlükəsizliyini təmin etmək üçün son ana kimi bu barədə məlumat verilməyəcəyi ehtimal olunur. Digər tərəfdən Qarabağ Azadlıq Təşkilatı belə səfrlərdən öncə aksiyalar təşkil etdiyi üçün iqtidar mənsubları əlavə problemin yaranmasını istəmirlər. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun erməni həmkarı Mqer Şaxqeldyanı yüksək səviyyətdə qarşılayıb, ölkəsinə sağ-salamat yola salmaq istədiyi bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA