Məleykə Abbaszadə Təhsil Nazirliyini əməkdazlığa çağırdı

img

05-09-2009 [05:26]


?Bu il orta məktəbi bitirən məzunların 54 faizi 0-200 bal arasında nəticə göstərib. Onların arasında attestat balı yüksək olan abituriyentlər də var. Bu, bizim və bütün təhsil ictimaiyyəti üçün çox təəssüfləndirici haldir?. Bu sözleri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Təhsil İşçilərinin Respublika Konfransındakı çıxışında deyib. O, qeyd edib ki, TQDK gələn aydan ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun nəticələrinə dair elmi-statistik tədqiqatlar aparılacaq: ?Yaxşı olardı ki, bizim bu araşdırmalarımızda Təhsil Nazirliyi də iştirak etsin. Biz bu tədqiqatları birgə aparmaqla Təhsil Nazirliyinin keçirdiyi imtahanlarda keyfiyyət dəyişikliyinə nail ola bilərik?. Məleykə Abbaszadə bildirib ki, TQDK biliyin qiymətləndirilməsi sahəsində daha çox təcrübəyə və imkanlara malikdir. Təhsil Nazirliyi isə bu sahə ilə təzə məşğul olduğundan müəyyən çətinliklərin və nöqsanların olması mümkündür. O, Təhsil Nazirliyi ilə birgə tədqiqatlar aparmağın gərəkliliyini xüsusi qeyd edib: ?Biz bir yerdə belə tədqiqatlar aparmaqla hansı qiymətləndirmənin daha dəqiq olduğunu, harada və nədə nöqsanların olduğunu müəyyənləşdirə bilərik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA