GYB seçkidə məcburi köçkünlərin iztirakının təmin edilməsi ilə bağlı prezidentə və Milli Məclisə müraciət edəcək

img

05-09-2009 [02:11]


Bu il Azərbaycanın tarixində üçüncü bələdiyyə seçkiləri keçiriləcək. 1999-cu ilin dekabr ayında keçirilən bələdiyyə seçkisində məcburi köçkünlər passiv seçki hüququndan istifadə edərək, müvəqqəti məskunlaşdıqları ərazidə namizədliklərini verə bilsələr də, 2004-cü ildə MSK-nın bunun qarşısını aldı. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Gənc Yurdsevərlər Birliyinin sədri Tağı Kərimli bildirib ki, 2004-cü ildə məcburi köçkünlərin namizəd kimi iştirakının təmin edilməməsi qanunda olan boşluqlarla əlaqəlidir: "Gənc Yurdsevərlər Birliyi olaraq keçən seçkidə prezidentə və Milli Məclisə bununla bağlı müraciət etmişdik. Çox təəssüf ki, Seçki Məcəlləsində məcburi köçkünlərin passiv seçki hüququnun təmin edilməsinə dair maddə əlavə edilmədi". Bu il də prezident İlham Əliyevə və Milli Məclisə müraciət edəcəyini söyləyən Tağı Kərimli bütün QHT və siyasi partiyaları onlara dəstək verməyə çağırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA