?Buket? gəmisinin azərbaycanlı heyət üzvləri azad edilib

img

04-09-2009 [05:45]


Poti şəhər məhkəməsi Gürcüstanın sahil sularında saxlanan ?Buket? gəmisinin azərbaycanlı heyət üzvlərinin 3 min lari cərimə edilərək azadlığa buraxılması barədə qərar qəbul edib. Verilən məlumata görə, məhkəmə qərarı ilə soydaşlarımıza kəsilən cəriməni ?Buket? gəmisinin məxsus olduğu ?Denza tanker? şirkətinin Batumi nümayəndəliyi ödəyib. Gəminin və gəmidəki yükün taleyinə hələ qərar verilməyib. Qeyd edək ki, azərbaycanlı və türklərdən ibarət heyət üzvləri olan ?Buket? gəmisi avqust ayının 19-da Qara dənizdə saxlanılıb. Gəmi kapitanı işğal altında olan Abxaziyaya yanacaq daşımaqda ittiham edilir. Saxlanan gəminin heyət üzvlərindən dörd nəfər Azərbaycan vətəndaşıdır. Soydaşlarımız Tariyel Nəsirov, Əsgər Əsgərov, Vüsal Həmzəyev və Əkrəm Zamanov hələlik gəmidə şübhəli şəxs qismində saxlanıblar. Gəminin türk kapitanı isə 24 il müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA