Dövlət Komitəsi QSC-nin məhkəmə iddiası ilə razılazmır

img

04-09-2009 [04:05]


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ?Azərbaycan Dəmir Yolları? QSC-nin Biləcəri stansiyasında yaşayan məcburi köçkünlərin istifadə etdikləri təbii qaza görə komitəyə qarşı qaldırdığı məhkəmə iddiasını əsassız sayır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Dövlət Komitəsinin (QMKİDK) mətbuat katibi Sənan Hüseynov açıqlama verib. Onun sözlərinə görə, məcburi köçkünlərin istifadə etdikləri bütün növ kommunal xidmətlərin, o cümlədən təbii qazın dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli qərarına əsasən, QMKİDK tərəfindən ayrı-ayrı müəssisə və obyektlərə yox, mərkəzləşdirilmiş qaydada hər ayın sonu aidiyyatı xidmət təşkilatlarına ödənilir: ?Təbii qazın dəyəri isə keçmiş ?Azəriqaz?a ödənilir. Dəmir Yolları İdarəsi bu məsələylə bağlı ?Azəriqaz?a müraciət etməlidir?. S.Hüseynov bildirib ki, QSC-nin iddiasına əsasən, 30 min 617 manat məbləğindəki borc 1992-ci ildən yığılıb: ?Həmin şəxslər Füzuli, Zəngilan, Ağdam və Qubadlı rayonlarından olan məcburi köçkünlərdir. Həmin rayonlar isə 1993-cü ildən işğal olunub. Həm də orada 70 ailə yox, cəmi 16 ailə məskunlaşıb. Onlar isə 52 nəfərdən ibarətdir. 2002-ci ilə qədərsə məcburi köçkünlər kommunal xidmətlərdən pulsuz istifadə edirdilər?. Xatırladaq ki, bununla bağlı növbəti məhkəmə prosesi sentyabrın 16-da olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA