Məscidlərin sökülməsinə qarzı etirazlar bazlandı

img

04-09-2009 [02:38]


Bu gün Media Mərkəzində ?Birlik? İctimai Birliyinin sədri Hacı Namiq Balaxanovun təşkilatçılığı ilə son zamanlar Azərbaycanda məscidlərin dağıdılması ilə bağlı dəyirmi masa təşkil olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Hacı Namiq Balaxanov deyib ki, ölkədə yeni-yeni məscidlərin tikiləcəyi bildirildiyi halda, bunun tam əksinin şahidi olurlar: ?Bildiyiniz kimi, ?İlahiyyat?, ?Şəhidlər? məscidi qapadılıb, ?Peyğəmbər?, Neft daşlarındakı məscidlər isə dağıdılıb. İndi isə Yeni Günəşlidəki ?Fatimeyi-Zəhra? məscidinin sökülməsi barədə məhkəmə qərarı verilib. Biz hökumətin bu siyasətini beynəlxalq sionizmin ölkəmizə qarşı apardığı siyasətin və gələcək təzyiqlərə hazırlığın nəticələri hesab edirik. Biz sionizmin Azərbaycana, vətəndaşlarımızın mənəviyyatına təcavüzünün qarşısının alınmasını dövlət rəhbərindən və Qafqaz Müsəlmanları İdarəsindən tələb edirik?. İslam Partiyasının sabiq sədri Hacı Hacıağa Nuri isə hökumətin bu addımının Allaha qarşı olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, hökumət bu addımı ilə xalqı özünə qarşı qaldırmaq istəyir: ?Biz hər vasitə ilə çalışmalıyıq ki, mövcud hakimiyyətin İslama qarşı apardığı bu cür siyasətin qarşısını alaq?. İslam Partiyasının digər nümayəndəsi Hacı Mövsüm də bildirib ki, məscidlərin sökdürülməsi mənəvi dəyərin son aşınması, mənəviyyatın son böhranı ola bilər: ?Mən bunu düşünülməyən bir addım və cəmiyyəti qarşıdurmaya aparan bir yol kimi qiymətləndirirəm?. ?Mənəvi Saflığa Dəvət? İctimai Birliyinin icraçı direktoru Hakim Əlizadə isə məscidlərin dağıdılması ilə bağlı bir sıra təkliflərlə çıxış edib: ?Biz məscidlərin dağıdılması ilə bağlı İşçi Qrupunun yaradılmasını planlaşdırırıq. İnternet səhifəsinin yaradılmasının və orada imzatoplama kampaniyasının aparılmasını təklif edirik. Bundan əlavə, təklif edirik ki, məscidlərin dağıdılması ilə bağlı reklam roliki hazırlanaraq DVD-lərə köçürülsün və əhaliyə pulsuz paylansın. Ümidvarıq ki, təkliflərimiz nəzərə alınacaq?. Tədbirin digər iştirakçısı, Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev isə torpağın xalqın neməti olduğunu deyib: ?Torpaq xalqın mülkiyyətidir. Bu gün ölkəmizdə İslam abidələri öz acınacaqlı dövrünü yaşayır. Açıq-aşkar mövcud hakimiyyət tərəfindən İslama və əhlinə qarşı təpkilər var. Onlar Allahın müqəddəs evini vəhşicəsinə dağıdıb özlərinə villalar, göydələnlər, idman kompleksləri tikmək istəyirlər. Bundan əlavə, cəmiyyətin özündə də İslama qarşı laqeydlik hökm sürür. Bu gün ailə həyatı quranların heç biri məscidlərə getmirlər. Deyin, bu cür mənəviyyatla, 20 faiz torpağımızı işğal etmiş ermənidən necə ala bilərik??. QAT sədrinin müavini İlqar Əliyevin fikrincə, bu gün məscidlərin sökülməsi hökumətin İslama olan münasibətidir: ?Məscidlərin sökülməsi onlara dua edənlərin evinin öz əlləri ilə yıxması anlamına gəlir. Belə olduğu halda, onlar Allahın qəzəbinə tuş gələcəklər. Bundan əlavə, bu cür vəziyyətdə olduğumuz halda, düşmən ölkəsinə ayaq basmağımız ağılasığmazdır. Biz də təşkilat adından bu cür siyasətə qarşı çıxır və onları pisləyirik?. Sonda dəyirmi masa iştirakçılarının ölkədə məscidlərin sökülməsi ilə bağlı bəyanatı səsləndirildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA