Məleykə Abbaszadə TQDK-nn gördüyü izlərlə bağlı hesabat verdi

img

04-09-2009 [01:52]


Bu gün Təbələ Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2009/2010-cu tədris ili üçün ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun başa çatması ilə əlaqədar mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, M.Abbaszadə bildirib ki, bu tədbir TQDK-da bu ilin axırıncı brifinqidir: ?Bu il nəzərdə tutulan bütün imtahanlar və avqust ayının 30-da orta ixtisas məktəblərinə axırıncı imtahan və həmin günü vergi orqanlarına işə qəbulla əlaqədar imtahan keçirilibdir. Qəbul imtahanlarına hazırlıq ərəfəsində sənəd qəbulu komissiyalarının formalaşdırılması, imtahan rəhbərləri və nəzarətçilər bazasının zənginləşdirilməsi istiqamətində respublikanın ayrı-ayrı bölgələrində çoxsaylı tədbirlər həyata keçirilibdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası olaraq, may ayından başlayaraq 400 000 abituriyenti müxtəlif testlərdən keçirmişik. Bu, keçirilən imtahanlar, imtahandan əvvəl keçirilən sınaq imtahanları idi. Sınaq imtahanlarında 180 mindən çox insan iştirak etmişdir. Bu imtahanlar Azərbaycanın bütün bölgələrində keçirilmişdir?. M.Abbaszadə bildirib ki, magistraturaya qəbul imtahanı 1-ci və 2-ci mərhələ, ali məktəbələrə qəbul imtahanları, ali məktəblərin rus bölmələrinin abituriyentləri üçün Azərbaycan dilindən 2 imtahan, texnikumlara 9 illik təhsil bazasından imtahanlar keçirilibdir. Bu imtahanlarda 170 mindən çox abituriyent iştirak etmişdir. Beləliklə, aprel ayından, avqustun 30 qədər 400 000 yaxın abituriyent imtahandan keçib: ?Gəlin, fevral ayından bu günə kimi keçirilən imtahanlara nəzər salaq. Fevralın 27-də Daxili İşlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul olumaq istəyən namizədlər üçün test imtahanı, aprelin 19-da Türkiyə universitetlərində təhsil almaq istəyən Azərbaycan gəncləri üçün qəbul imtahanı, aprelin 25-də dövlət qulluğuna işə qəbul olmaq istəyən Azərbaycan vətəndaşları üçün test imtahanı və Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-in təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqədə iştirak edən tələbələr üçün test imtahanı, mayın 7-də vakant hakim vəzifələrinə namizədlərin seçilməsi üçün test imtahanı keçirib, mayın 15-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MDBƏİ), həmçinin Rusiya Federasiyasının digər ali məktəblərində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı, mayın 23-də ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı, mayın 24-də rus bölməsi abituriyentləri üçün ?Azərbaycan dili? fənnindən test imtahanı və Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı, avqustun 30-da vergi orqanlarına işə qəbul olmaq istəyən namizədələr üçün test imtahanı. Belə imtahanlar TQDK-da il boyu aparılır?. Komissiya sədri onu da nəzərə çatdırıb ki, sentyabr yeganə aydır ki, bu ayda imtahan keçirilmir. Amma oktyabr ayında gələn ilin imtahanları ilə əlaqəli elmi-metodik seminarlar başlayacaq. Sentyabr ayında isə buil ki, imtahanların elmi-statistik təhlili aparılacaq. Aparılan statistik-təhlilin nəticəsini ?Abituriyent? jurnalının 12-ci sayında dərc ediləcək. M.Abbaszadə, avqustun axrıncı həftələrində imtahan vermiş və yüksək bal toplamış abituriyentlərlə görüşlərinə də toxunub: ?Onlara xüsusi sorğu anketi vermişik. Hazırda ölkə rəhbərliyinə 102 nəfərin Prezident təqaüdü alması üçün namizəd kimi siyahısı təqdim olunub. Sentyabr ayının 15 qədər bu abituriyentlərin arasında seçim ediləcək və ictimaiyyətə çatdırılacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA