Misir Mərdanov yerli icra orqanlarına və məktəb direktorlarına mesaj göndərdi

img

04-09-2009 [01:30]


"Azərbaycanda heç kəs şagirdlərin valideynləri tərəfindən məktəbli formalarının alınmasına mane ola bilməz". Bu sözləri təhsil naziri Misir Mərdanov jurnalistlərə açiqlama verərkən deyib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, nazir yerli icra orqanlarına və məktəb direktorlarına mesaj göndərdi: "Nə məktəb rəhbərliyi, nə müəllimlər, nə də yerli icra orqanları şagirdlərin valideynlərinin məktəbli forması alması prosesinə mane ola bilməz. Onlar yalnız məkətbli formasını müəyyən edə bilər, lakin onun hazırlanması və alınması prosesinə mane ola bilməz. Təhsil Nazirliyinə ölkənin bəzi rayonlarında yerli icra orqanlarının uşaq fondları yaratması və müəllimlərin əmək haqqından bir faiz çıxılması barədə məlumat daxil olub. Bu qanunsuzdur. Qeyri-qanuni olaraq bu kimi fondlar yaradan şəxslər cəzalandırılacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA