Ordumuzun üç hərbçisi Ağcabədidə minaya düzüb

img

04-09-2009 [01:16]


Azərbaycan Silahlı Qüvvələrinin üç hərbçisi minaya düşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə, hadisə bu gün saat 10:30 radələrində baş verib. Belə ki, hərbçilər traktorla gedərkən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində minaya düşüblər. MİA-nin bölgə müxbirinin verdiyi məlumata görə, minaya düşən hərbçilər - Nurlan Məmmədov, Murad Rəhimov və Sadiq Atayev ağır bədən xəsarətləri alıblar. Yaralı hərbçilərimiz Ağcabədidəki Sarcalı Hospitalına yerləşdiriliblər. Aldığımız məlumata görə, onlardan ikisinin vəziyyəti ağırdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA