QAT: "Ermənistana gedən nazirlər tutduqları vəzifələrdən qovulmalıdır"

img

03-09-2009 [08:09]


Qarabağ Azadlıq Təşkilatı (QAT) üzvləri ilə Gənclər və İdman Nazirliyininn əməkdaşları əlbəyaxa olublar. QAT-dan ANS PRESS-ə verilən məlumata görə, QAT sədrinin müavinləri Gültəkin Quliyeva, İlqar Əliyev, Fəridə Əsgərova başda olmaqla bir qrup təşkilat üzvü bu gün Gənclər və İdman Nazirliyində olub. Nümayəndə heyətinin məqsədi nazir Azad Rəhimovla görüşüb Ermənistana səfərə aydınlıq gətirilməsini, gənc cüdoçuların düşmən ölkəyə göndərilməməsini tələb etmək olub. Nazirliyin əməkdaşları görüşün baş tutmasına imkan verməyib. QAT-ın məlumatında deyilir ki, nazirliyin əməkdaşları, mühafizə xidməti və texniki işçilər özlərini aqressiv aparıb, nəticədə qarşıdurma yaranıb. QAT üzvləri mühafizənin müqavimətini qıraraq nazirliyin binasına daxil olub, burada isə qarşıdurma əlbəyaxa döyüşə çevrilib. Nazirliyin işçiləri, mühafizə xidməti QAT nümayəndələrinə qarşı fiziki zor tətbiq edib, Gültəkin Quliyeva, Mehman İsmayılov, Şahmar İbrahimov və digərlərinə bədən xəsarətləri yetirib. Hadisə yerinə gələn polis qüvvələri QAT üzvlərini nazirliyin ərazisindən uzaqlaşmağa məcbur ediblər. QAT nümayəndələri qarşıdurmanın sonunda bir daha nazirlə görüşmək istədiklərini bildirib, lakin nazirin yerində olmadığı məlum olub. Bundan sonra QAT-çılar tələblərini nazirə çatdırmağı tələb ediblər. ?Azad Rəhimov və Füzuli Ələkbərov işğalçı Ermənistana səfər etməklə erməni siyasətinə xidmət etdiklərini göstəriblər. Onlar bu şərəfsiz hərəkətlərinə görə cavab verməli və tutduqları vəzifələrdən qovulmalıdırlar. Gənc cüdoçuların Ermənistana gedib yarışda iştirakına yol verilməməli və bu nazirlər məkrli niyyətlərindən əl çəkməlidirlər?-deyə QAT-ın tələbində vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA