Orta məktəbləri də polislər qoruyacaq

img

03-09-2009 [04:33]


?Yalnız iri kontingentli orta ümumtəhsil məktəbləri mühafizə olunacaq?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Zəminə Əliqızı Neft Akademiyasındakı terrordan sonra təhsil nazirinin ali və orta məktəblərin mühafizə olunması ilə bağlı müraciətinə münasibət bildirərkən deyib. Z.Əliqızının sözlərinə görə, orta məktəbləri Daxili İşlər Nazirliyinin əməkdaşları mühafizə edəcək: ?Artıq Daxili İşlər Nazirliyi ilə razılıq əldə olunub. Şagird kontingenti böyük olan məktəblər nazirliyin əməkdaşları tərəfindən mühafizə olunacaqlar. İlkin mərhələdə bu proses şagird kontigenti böyük olan məktəbləri əhatə edəcək. Digər məktəblər isə bu prosesə tədricən keçəcəklər?. Z.Əliqızı deyib ki, mühafizəyə nə vaxtdan start veriləcəyi barədə hələki rəsmi məlumat yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA