Köçkünlər üçün yeni tikilmiz qəsəbələrdə emal sexləri də açılacaq

img

03-09-2009 [04:11]


gn=left]2010/qacqin-sehercik.jpg[/libt] Yaxın vatlarda qaçqın və məcburi köçkünlər üçün yeni salınmış qəsəbələrdə mövcud olan işsizlik problemi tamamilə aradan qaldırıla bilər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov məlumat verib. Onun sözlərinə görə, bu istiqamətdə müxtəlif tədbirlər görülür: ?Yeni salınmış qəsəbələrdə işsizlik problemi mövcuddur. Bununla bağlı 1 iyul 2004-cü ildə ölkə prezidentinin sərəncamı ilə dövlət proqramı tərtib olunub. 31 oktyabr 2007-ci ildə həmin dövlət proqramına əlavələr qəbul olunub və həmin proqramın ikinci hissəsi də məhz məşğulluq probleminin aradan qaldırılması ilə bağlıdır. Yeni qəsəbələr salınarkən orada demək olar ki, bütün texniki infrastruktur yaradılır, büdcəcən maliyyələşən təşkilatların hamısı fəaliyyət göstərir. Bu o deməkdir ki, orada məktəblər, uşaq bağçaları, tibb məntəqələri, xəstəxanalar, poçt məntəqəsi yaradılır. Qəsəbələrdə komunal xidmətlərə görə şəxslər işlə təmin olunurlar. Bundan əlavə, digər kiçik emal sexlərinin yaradılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Bütün bunlara əsasən söyləmək olar ki, yaxın vatlarda işsizlik problemi tamamilə aradan qaldırılacaq?. S.Hüseynov deyib ki, artıq qəsəbələrə əkin-biçin üçün torpaq sahələrinin verilməsi ilə yanaşı, mikrokreditlərin ayrılmasına da start verilib: ?Gələcəkdə isə kiçik emal sexlərinin tikilməsi nəzərdə tutulur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA