ilk növbədə risk qrupuna daxil olan əhali peyvənd ediləcək

img

03-09-2009 [04:06]


A/H1N1 (?donuz qripi?) təhlükəsi artmaqda davam edir. Amma xəstəliyə qarşı hələ də vaksin hazırlanmayıb. Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında peyvənd məsələsinin hələ ki, tamamilə həll edilmədiyini deyib: ?Böyük ehtimalla bu xəstəlik payız aylarında daha sürətlə yayılacaq. Buna əsaslanaraq bütün dünya ölkələri öz əhalisini peyvənd etdirmək istəyir. Amma xəstəliyə qarşı vaksinin hazırlanması ən tez halda oktyabr ayında baş tuta bilər. Yeni vaksin aşkarlanarsa belə, tez bir zamanda bütün əhalinin peyvənd olunması üçün preparatın hazırlanması mümkün deyil. Ona görə də ilk növbədə risk qrupuna daxil olan əhali peyvənd olunacaq. Bura əsasən uşaqlar və yaşlılar, ana olmağa hazırlaşan qadınlar, əhali ilə daha çox təmasda olan həkimlər, müəllimlər və eləcə də müxtəlif xəstələr daxildir?. Ş.Qurbanov deyib ki, ölkəmizdə bu məsələ kifayət qədər diqqət mərkəzindədir: ?Ona görə də narahat olmaq lazım deyil. Yeni tədris ilinin başlanması heç də xəstəliyin ölkəyə daxilolma ehtimalını artırımır. Almaniya kimi dünyanın nəhəng dövlətində bu xəstəliyə yoluxmuş şəxslər ev şəraitində müalicə olunurlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA