?içəri zəhər? metrostansiyası sentyabrın 15-də açılacaq

img

03-09-2009 [01:12]


Bir müddət öncədən təmirə dayanan ?İçəri şəhər? metrostansiyası sentyabrın 15-də fəaliyyətini bərpa edəcək. Bakı Metropoliteninin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, yeni tədris ilinin ilk günü sözügedən stasiyanın iki yeni eskolatoru istifadəyə veriləcək. Hazırda stansiyada eskolatorların quraşdırılması prosesi gedir. Bu gündən isə yeni eskolatorlarda test sınaqlarına başlanılıb. Qeyd edək ki, yeni eskolatorlar Almaniyanın ?Tisson Group? şirkətinin istehsalıdır. Bu qurğular elektrik enerjisinə 30-40% qənaət edir. Bununla yanaşı, ?İçərişəhər? stansiyasında Almaniyanın TLT şirkətinin istehsalı olan ventilyasiya sistemləri də quraşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA