Prezident 700-dək məcburi köçkün ailəsinə bina tikintisi üçün 3 milyon manat ayırıb

img

02-09-2009 [08:43]


Azərbaycan prezidenti İlham Əliyev qaçqın və məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu barədə Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, 700-ə yaxın məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalarının layihələndirilməsi və tikintisi məqsədilə 2009-cu ildə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Prezidentin Ehtiyat Fondundan 3 mln. manat vəsait ayrılacaq. Prezidentin sərəncamı ilə Dövlət Neft Fonduna 2010-cu ilin büdcəsi tərtib olunarkən tikinti işlərinin davam etdirilməsi üçün müvafiq vəsait nəzərdə tutmaq tapşırılıb. Sərəncamda o da qeyd olunub ki, son illər qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Ölkədə məcburi köçkün ailələri üçün 61 yeni qəsəbə salınıb, 150-dən artıq təhsil, 50-dən artıq səhiyyə, 30-dan artıq rabitə müəssisəsi tikilib istifadəyə verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA