QHT Şurasının sədri Azay Quliyevin yaratdığı narazılıq bitmək bilmir

img

02-09-2009 [03:26]


Bu gün ?Həsrət Yolu? Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına qarşı qaldırdığı məhkəmə iddiası ilə bağlı mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, E.Orucova əsirlikdəki soydaşlarımıza qarşı biganəliyin olmasını nəzərə çatdırıb. Hüquq müdafiəçisi bildirib ki, erməni diasporu QHT-lərdən ibarətdir və onlara yüksək səviyyəli şərait yaradılır. Bunun nəticəsidir ki, Azərbaycan xalqının başına gələn müsibətləri dünyaya çatdıra bilmirik: ?Lakin bizdə bu işlə məşğul olan yeganə QHT-yə qarşı haqsızlıqlar edirlər?. E.Orucova deyib ki, müvafiq Dövlət Dəstəyi Şurası yaradılanda sevinənlərdən biri də mən oldum: ?Çünki 20-25 min əsir ailəsinin hər cür problemi var. Çox yaxşı bilirsiz ki, girovluqdan qayıdanların böyük əksəriyyəti qaçqın və məcburi köçkünlərdir. Məni ağrıdan odur ki, Azərbaycanın ən yaralı yeri olan bu məsələsinə bəziləri soyuq münasibət bəsləyirlər. Onların fikrincə, bu cür insanlara diqqətin ayrılmasına ehtiyac yoxdur və ya yersizdir. Mən dəfələrlə xarici qonaqlarla görüşlər keçirəndə, onlar bildiriblər ki, siz qapı-qapı düşüb onlardan başlarına gətirilən hadisələrlə bağlı silsilə müsahibələr almalısınız. Bundan əlavə, burada problem təkcə məbləğdə deyil. Onlar məni açıq-aşkar təhqir edir və şəxsiyyətimə toxunaraq acgöz kimi qələmə verirlər. Şura ilə yaranan problemlərdən sonra mənə hər cür psixoloji təzyiqlər göstərirlər. Onlar düşünmürlər ki, məhkəmənin uzanması ermənilərin və ermənipərəstələrin xeyrinədir. Onlar bu informasiyaları əsirlikdə olan bacı və qardaşlarımıza çatdırdıqda, təsəvvür edin, hansı hisslər keçirəcəklər. Bilmirəm ki, bu layihəyə qarşı pis münasibətin olmasının arxasında nə dayanır? Mənə kənardan gələn mesajlara görə, Azay Quliyev layihənin yüksək qiymətləndirilməməsində günahkar deyil. Guya ona hazır siyahı gəlir və imza atılır. Belə qənaətə gəlirəm ki, Şuranın tərkibində ümumiyyətlə ekspert yoxdur. Onlar burada oturmaqla dövlətin pulunu mənimsəyirlər?. Hüquq müdafiəçisi onu da bildirib ki, iyulun 2-dən məhkəmələrdədir: ?Yaxşı bilirəm ki, bizdə məhkəmələr obyektiv və müstəqil deyil. 21 avqustda sənədlər 1 saylı İqtisad Məhkəməsinə göndərildi və iş hakim Qurban Abbasovun icraatına verildi. 26 avqust tarixdə Qurban Abbasov Apellyasiya Məhkəməsinə məktub göndərərək iddianın hüquqi şəxsin hüquqi şəxsə qarşı deyil, fiziki şəxsin hüquqi şəxsə qarşı iddiası olduğu üçün Yasamal rayon Məhkəməsinə göndərilməsi ilə bağlı qərar çıxardı. Lakin mən layihəmdə heç bir əyriliyin olmamasını və büdcənin tam şəffaf olmasına əminəm. Mən bütün təzyiqlərə baxmayaraq, layihəmin ardınca gedəcəm?. E.Orucovanın vəkili Mənsum Bayramov isə bildirib ki, bu məsələyə qarışanda bu qədər ciddi qruplaşmanın təzyiqinə rast gələcəyini düşünməyib. O, Şura tərəfindən Esmira xanıma qarşı qaldırılan bütün iddiaların əssasız olduğunu deyib: ?Hesab edirəm ki, bütün çatışmazlıqların hamısını elə özləri yaradırlar. Düşünürəm ki, işin məhkəmə baxışına çıxarılması bizim üçün böyük uğurdur. Mən dəfələrlə bildirmişəm ki, bizim istəyimiz layihənin məhkəmədə açıq şəkildə müzakirəyə çıxarılmasıdır. Qoy, hər iki tərəf öz prinsiplərini ortaya qoysun. Hesab edirəm ki, Şura bütün QHT-lərə layihələrinin həyata keçməsində hər cür vasitələrlə kömək etməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA