insan səhhəti üçün təhlükəli dərmanlar yenə satızdadır

img

02-09-2009 [02:47]


Saxta dərman istehsalının qarşısını almaq mümkün olmur. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. E.Hüseynov bildirib ki, Azərbaycan vətəndaşları saxta dərmanlardan xilas olmayıblar: ?2007-ci ilin fevralında dünyanın 26 ölkəsinin gömrük orqanları Azərbaycanda 3 günlük beynəlxalq konfrans keçirdilər. Tədbir Ümumdünya Gömrük Təşkilatı və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə həyata keçirilmişdi. Tədbirdə ölkəmizdən Qeyri-Hökumət Təşkilatı kimi bizim təşkilat iştirak edirdi. Həmin tədbirdə dünyanın gömrük generalları etiraf etdilər ki, saxta dərman istehsalının qarşısını almaq mümkün olmur. Saxta dərman preparatları bütün dünyada 20 faizdən 80 faizədək dövr edir. Saxta dərman istehsalında Hindistan, Çin, Tayland kimi ölkələr öndə gedir. Azərbaycan vətəndaşları da saxta dərmanlardan xilas olmayıblar və eləcə də digər ölkələrin vətəndaşları bunun qurbanına çevrilirlər?. E.Hüseynov deyib ki, rəhbərlik etdiyi təşkilata bu barədə mütəmadi olaraq şikayətlər daxil olur: ?Amma istehlakçıların az bir qismi dərman preparatları barədə məlumatlıdır. Saxta dərmanları yalnız onun tərkibini yoxladıqdan sonra tanımaq olar. Əks halda saxta olanı originaldan ayırmaq demək olar ki, qeyri-mümkündür. Dərman preparatının tərkibində xüsusi bahalı maddə olmalıdır ki, saxta dərmanların tərkibinə həmin maddə qatılmır. Hətta, ekspert kimi mən özüm də saxta olanla originalı ayırd edə bilmirəm. Bu dərmanları gömrükdə də axtarıb tapmaq mümkünsüzdür. Texnologiya hələki saxta dərmanları ayırd edəcək qədər inkişaf etməyib. Saxta dərman istehsalçılarının illik gəliri 50 milyarddan çoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA