Qadınlara qarzı zorakılıq üzrə xüsusi Komitənin iclası keçiriləcək

img

02-09-2009 [01:00]


Sentyabrın 8-dən 10-dək İtaliyanın Venesiya şəhərində Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Bürosunun Qadınlara qarşı zorakılıq üzrə xüsusi Komitəsinin iclası keçiriləcək. Tədbirdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli iştirak edəcək. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə bildiriblər ki, iclasda təşkilatın xətti ilə keçirilən ?Qadınlara qarşı zorakılığa ?yox? deyək!? adlı kampaniyanın Azərbaycan üzrə milli əlaqələndiricisi Gültəkin Hacıbəyli bu sahədə ölkəmizdə həyata keçirilən tədbirlər, görülən işlər barədə məlumat verəcək, digər ölkələrin təcrübəsi ilə maraqlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA