Gigiyena və Epidemiologiya Mərkəzi qənnadı və balıq məhsullarının monitorinqini aparacaq

img

02-09-2009 [12:04]


Kremli qənnadı məhsulları üzərində aparılan monitorinqlər sentyabrın 4-də yekunlaşacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, nəticələr sentyabrın 5-6-da açıqlanacaq: ?Hazırda quş əti və yumurta məhsulları üzərində monitorinqlər aparılır. Paralel olaraq, dondurmalar və spirtli içkilərin, çay və qəhvə məhsulları üzərində yoxlamalar aparılır?. İ.Abdullayev deyib ki, sentyabr ayı ərzində balıq məhsulları üzərində monitorinqlər aparılacaq: ?Xüsusilə hisə verilmiş balıq məhsullarının müayinəsini aparılacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA