"Fatimeyi Zəhra" məscidinin sökülməsinə etiraz edənlər: ?Məscid sökülsə, qan su yerinə axacaq!"

img

01-09-2009 [06:41]


Bu gün bir qrup dindar Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, dindarlar Suraxanda yerləşən ?Fatimeyi Zəhra? məscidinin sökülməsinə etiraz ediblər. Aksiyada ?Qan su yerinə axacaq - əgər məscid sökülsə!?, ?Zindan dustaqlarla dolacaq, əgər məscid sökülsə!?, ?Allahu əkbər? şüarları səsləndirilib. Səbail rayon Polis İdarəsinin əməkdaşları aksiya keçirilən yerə gələndən sonra aksiyanı dağıdıb. Müqavimət göstərən etirazçılar isə döyülərək ərazidən uzaqlaşdırılıblar. Aksiya zamanı bir neçə nəfər dindan saxlanılıb. Aksiya iştirakçıları onu da bildiriblər ki, əgər məscid sökülsə, traktorun qarşısında dayanacaqlar. Qeyd edək ki, məhkəmə ?Fatimeyi Zəhra? məscidinin sökülməsi ilə bağlı dünən qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA