QMi məhkəmənin qərarı ilə razılazmır

img

01-09-2009 [04:01]


Xəbər verdiyimiz kimi, 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi Suraxanı rayon İcra Hakimiyyətinin Yeni Günəşli qəsəbəsi, ?v? massivi, 33 ünvanında yerləşən ?Fatimeyi Zəhra? məscidinin sökülməsi ilə bağlı iddiasını təmin edib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Rəhimova Müstəqil İnformasiya Agentliyinə açıqlamasında məsələylə bağlı idarənin mövqeyinin dəyişməz olduğunu söylədi. Onun sözlərinə görə, QMİ məscidin sökülməsi haqda qərara qarşı çıxır: ?Allah evi adına inşa olunmuş hər hansı bir binanın sökülməsinə qarşı çıxırıq. Bunun üçün tədbirlərin vaxtında görülməsi və sənədlərin qaydaya salınması üçün tövsiyyələrimizi vermişik. Bu baxımdan bizim münasibətimiz bəllidir və bu münasibət bizim qurultayda da rəhbərlik tərəfindən səslənmişdi?. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov isə Müstəqi İnformasiya Agentliyinə bildirib ki, bu məsələyə kimin etirazı varsa, mübarizəni hüquqi müstəvidə davam etdirə bilər: ?Əgər məhkəmə məscid adıyla istifadəsi nəzərdə tutulan yarımçıq tikilinin sökülməsi barədə qərar qəbul edibsə, kimin hansı mövqedə olmasından asılı olmayaraq, məhkəmənin qərarı sözsüz icra olunmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir. Məhkəmənin qərarı varsa, başqa fikirlərin heç bir əhəmiyyəti yoxdur?. Dini ekspert Mirpaşa Bayramov isə bizimlə söhbətində artıq ölkəmizdə məscidlərin vaxtaşırı sökülməsinin ənənə halını aldığın bildirdi: ?Rəsmi qurumların mövqeyinə görə məscid qanunsuz tikilib. Necə ola bilər ki, bu qədər vaxt ərzində belə böyük bir tikili qanunsuz şəkildə inşa olunub, amma rəsmi qurumlar bundan xəbərsizdirlər? Hesab edirəm ki, Qafqaz Müsəlmanları İdarəsi bu məsələyə ciddi münasibət bildirməli və məscidin müdafiəsinə qalxmalıdır. Çünki məscidin axundunu birbaşa QMİ təyin edir. Bütün hallarda məscidin sökülməsi düzgün deyil. Vataşırı qeyri-qanuni adı altında hansısa məscid ya sökülür, ya da fəaliyyəti dayandırılır. Əgər məscid qeyri-qanuni fəaliyyət göstərirsə, bu işə cavabdeh qurumlar cəzalandırılmalıdır. Məscidin sökülməsi əvəzinə onun sənədləri qaydaya salınmalı və bu işdə hər kəs əlindən gələni etməlidir. Bu gün Azərbaycanda olan 1750-yə yaxın məsciddən 80-90 faizinin sənədləri qaydasında deyil. Bu o demək deyil ki, həmin məscidlər sökülməlidir. Belə olan halda ölkədə məscid qalmaz. Əhalisinin demək olar ki, hamısı müsəlman olan bir ölkədə belə bir addımın atılması xoşagəlməzdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA