Sentyabrda havalar isti olacaq, hətta 38 dərəcə istilər gözlənilir

img

01-09-2009 [12:22]


Yay aylarının sərin keçməsinə baxmayaraq, sentyabr ayında ölkə ərazisində havanın orta aylıq temperaturunun iqlim norması daxilində, bəzi rayonlarda isə normadan 1-2 dərəcə yüksək olacağı gözlənilir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat daxil olub. Verilən məlumata görə, ay ərzində yağıntıların respublika üzrə qeyri-bərabər paylanması proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal olunur. Sentyabr ayı ərzində Bakı və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 22-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 17-22, gündüzlər 25-30 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 33-36 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-23 mm) olacağı proqnozlaşdırılır. Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 12-17 dərəcə, gündüzlər 27 -32 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 35-38 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə (norma 7-13 mm) isə bir qədər çox olacağı proqnozlaşdırılır. Yuxarı Qarabağ-Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında havanın orta aylıq temperaturunun 14-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 9-14 dərəcə, gündüzlər 17-22 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 26-29 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-50 mm) olacağı proqnozlaşdırılır. Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda havanın orta aylıq temperaturunun 20-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 15-20, gündüzlər 24-29 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 32-35 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-44 mm) olacağı proqnozlaşdırılır. Balakən-Zaqatala-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Xızı, Siyəzən, Dəvəçi, Quba-Qusar-Xaçmazda havanın orta aylıq temperaturunun 19-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 11-16, gündüzlər 22-27 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 30-34 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 33-120 mm) olacağı proqnozlaşdırılır. Mərkəzi Aran rayonlarında - Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Salyan, Hacıqabul, Neftçalada havanın orta aylıq temperaturunun 23-25 dərəcə isti olacağı ehtimal olunur ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 17-21 dərəcə, gündüzlər 28-33 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 35-38 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 14-38 mm) olacağı proqnozlaşdırılır. Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında havanın orta ayrıq temperaturunun 22-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr 15-20 dərəcə, gündüzlər 25-30 dərəcə isti olacaq, bəzi günlərdə temperatur 31-34 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 13-83 mm) olacağı proqnozlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA