Nazirlik ekoloji qanunvericiliyin pozulmasına görə 50 min manatdan çox cərimə kəsib

img

01-09-2009 [11:47]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamenti 2009-cu ilin 17-23 avqust tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Qeyd edək ki, hələlik məsələylə bağlı rəsmi orqanlar tərəfindən məlumat verilmir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 7 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 6 göstəriş verilib. Ümumilikdə 7 iş üzrə 25700 manat məbləğində cərimə tətbiq edilib. Yerin təkinin mühafizəsi sahəsində 3 protokol tərtib olunmuş, 1 məcburi göstəriş verilmişdir. 4 iş üzrə 10700 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 3 akt və protokol tərtib olunmuş, 4 məcburi göstəriş verilmişdir. 2 iş üzrə 7500 manat məbləğində cərimə tətbiq olunub. Su ehtiyatları üzrə 1 məcburi göstəriş verilib. Floranın mühafizəsi sahəsində 1 iş üzrə 7500 manat məbləğində cərimə tətbiq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA