9 illik (əsas) təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanının nəticələri açıqlanıb

img

31-08-2009 [08:28]


9 illik (əsas) təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, 8979 abituriyent orta ixtisas məktəblərinə qəbul olub. Nəticələr avqustun 31-də saat 18:30-dan etibarən TQDK-nın rəsmi internet səhifəsində (www.tqdk.gov.az) yerləşdirilib. Məlumat üçün bildirək ki, 2009-cu il avqustun 30-da cari tədris ili üçün 9 illik (əsas) təhsil bazasından orta ixtisas məktəblərinə Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Quba və Göyçay şəhərlərində qəbul imtahanı keçirilib. Əsas (9 illik) təhsil bazasından orta ixtisas məktəblərinə cari ildə ayrılan 9516 plan yerinə 26408 abituriyent sənəd verib. Onlardan 26062 nəfəri imtahanda iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA