SMDTM-in Ədliyyə Nazirliyinə qarzı iddiasına əsasən məhkəmə prosesi keçirilib

img

31-08-2009 [08:16]


Bu gün Yasamal rayon məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı ?Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtinanın qanunsuz sayılması və birləşmək hüququnun pozulması?na dair iddiasına əsasən məhkəmə prosesi keçirilib. Prosesdə iddiaçı tərəfdən SMDTM-in proqram koordinatoru Bəşir Süleymanlı və onun vəkili Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev, cavabdeh qismində Ədliyyə Nazirliyinin nümayəndəsi Etibar Mustafayev iştirak edirdilər. İ.Əliyev işə mahiyyəti üzrə baxılması, cavabdehin üzərinə 10 000 (on min) manat təzminat ödəməsi və sözügedən təşkilatın dövlət qeydiyyatına alınması vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını hakimdən xahiş etdi. Cavabdehin tərəfin nümayəndəsi isə iddianı əsassız hesab edilərək rədd edilməsini istədi. Hakim Raqib Qurbanov bildirdi ki, qərarı elan etmək üçün növbəti prosesi 2 sentyabr saat 15:00-a təyin edib. Xatırladaq ki, SMDTM-in qeydiyyat üçün 26 yanvar 2009-cu ildə təqdim etdiyi sənədləri 29 aprel 2009-cu ildə Ədliyyə nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi geri qaytarıb və qaydasında olmadığını bildirib. SMDTM-in təsisçiləri Ədliyyə nazirliyinin hərəkətini hüquqa zidd davranış kimi qiymətləndirərək, Ədliyyə nazirliyinə qarşı Yasamal rayon məhkəməsində iddia qaldırmışdılar. Yasamal rayon məhkəməsi əsassız olaraq 3 dəfə iddianı icraata almaqdan imtina etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA