Neftçilərin övladları uzaq baxçalarına buraxılmayacaq

img

31-08-2009 [05:37]


?Artıq sabahdan bir çox uşaqlar Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində olan bağçalara buraxılmayacaq. Bu, uşaqlar üçün böyük stresdir. Halbuki 2009-cu il Azərbaycanda ?Uşaq ili? adlandırılıb. Elə qəsəbələr var ki, orada heç Təhsil Nazirliyinin nəzdində olan bağçalar yoxdur. Baxmayaraq ki, adıçəkilən nazirlik dəfələrlə bildirir ki, uşaqların məktəbəqədərki dövrü keçməsi çox vacibdir?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib: ?Sabahdan ARDNŞ-in 40-a yaxın baxçasına gedən uşaqların böyük əksəriyyəti buraxılmayacaqlar. Bu açıq-aşkar uşaqların hüquqlarının pozulmasıdır. Nəzərinzə çatdırım ki, valideynlər ötən həftə ARDNŞ-in qarşısında piket keçiriblər. Lakin valideynlərə bildirilib ki, uşaqların orada saxlanılması, onlar üçün baha başa gəlir. Bildirilir ki, hər uşağın saxlanılmasına 180 manat sərf edilir?. M.Qəhrəmanlı onu da bildirib ki, uşaqlar neftdən gələn gəlirlərdən faydalanmalıdırlar: ?Neftçilərin uşaqları 20 manat ödəyirlər. Bu, əvvəllər neft sənayesində işləyən işçilərin nəvələrinə şamil edilirdi. Artıq onlar da bu hüquqdan məhrum olacaqlar. Digər uşaqlar isə 100 manat veməlidirlər. Elə valideynlər var ki, onların təqaüdləri 75 manatdır. Elə ailələr var ki, ordan bağçalara üç və ya dörd uşaq getməlidir. Bəs, belə olan halda, onlar öz uşaqlarını bağçaya qoymamalıdırlar?. Ona görə də qiymətlərin bu qədər artırılması düzgün deyil. Bundan əlavə, Pirallahı, Zabrat kimi qəsəbələrdə ümumiyyətlə bağçalar olmadığından, oradan gələn uşaqlardan da 20 manat tələb olunacaq. Qeyd edim ki, ölkədə bağçaların xidmət personalı yüksəldikcə, kəmiyyət də artır. Yəni, bağçaların heç də hamısında yüksək xidmət göstərilmir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA