Yağızlı havalar gözlənilir

img

31-08-2009 [01:46]


Sentyabrın 1-də Bakı və Abşeron yarmadasında hava əsasən dəyişkən buludlu və yağmursuz olacaq. Şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gündüz 28-31, gecə isə 19-22 dərəcə isti gözlənilir. Abşeron çimərliyində dəniz suyunun hərarəti 25-26 dərəcə arasında isti gözlənilir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometroloji Proqnozlar bürosunun direktoru İmran Məmmədov məlumat verib. Onun sözlərinə görə, sentyabr ayının 2-də Bakı və Abşeron yarmadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir: ?Gecə və səhər saatlarında yarmadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 26-29, gecə isə 19-22 dərəcə isti gözlənilir. Sentyabrın 3-də də hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 27-30, gecə 19-21 dərəcə isti gözlənilir. Azərbaycanın rayonlarına gəldikdə isə sentyabrın 1-də əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin axşam bəzi şərq rayonlarında isə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Bölgələrdə havanın temperaturu gündüz 29-33, gecə 19-23 dərəcə isti gözlənilir. Dağlarda havanın temperaturu gündüz 20-25, gecə 9-14 dərəcə isti gözlənilir. Sentyabrın 2 və 3-də əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gecə və axşam saatlarında bəzi dağ və dağ ətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperatur gündüz 29-34, gecə 19-24 dərəcə isti gözlənilir. Dağlarda havanın hərarəti gündüz 21-26, gecə 9-14 dərəcə isti gözlənilir?. İ.Məmmədov onu da bildirib ki, yaxın günlərdə Bakı və Abşeron yarmadasında hava şəraitində mühüm dəyişiklik gözlənilmir: ?Metoroloji amilləri zəif və mülayim tərəddüdləri əksər metohəssas olan insanlar üçün əlverişli hava hesab olunur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA