Eyyub Hüseynov Nefçalanın icra bazçısı ilə razılığa gəlib

img

31-08-2009 [01:17]


Azad İstehlakçılar Birliyinin (AİB) bələdiyyələrlə bağlı layihəsində yaranan problemlər həllini tapıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (AİB) sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə müraciət müsbət nəticə verib: ?Bu yaxınlarda Azay Quliyev və Şuranın icraçı direktoru Fərasət Qurbanovla görüşüb bu məsələni müzakirə etdik. Vətəndaş cəmiyyətinin qurulması istiqamətindəki addım Şura sədri tərəfindən bəyənildi. Hazırda Hacıqabul, Sabirabad, Saatlı, Salyan və Neftçala rayon bələdiyyə sədrləri ilə yığıncaq keçiririk. Yığıncaqda bu məsələ müzakirə olunur. Bizim təşkilat həmin qurumların yaradılmasına müdaxilə etməyəcək. Onlar vətəndaş cəmiyyəti tərəfindən, vətəndaşların öz təşəbbüsü ilə yaradılacaq. Biz yalnız onlara texniki köməklik göstərəcəyik. Yəni layihənin icrası məsələsində işlər müsbət həllini tapmaqdadır?. AİB sədri həmçinin deyib ki, Neftçala rayonunun icra hakimiyyəti ilə yaranan problemlər də həllini tapıb: ?Neftçala rayonunda kompüterlərin bələdiyyələrə verilməsində problem var idi. Artıq rayon icra hakimiyyəti bu işə razılıq verib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA