12 yazlı Kürdəmir sakini intihar edib

img

31-08-2009 [01:04]


Kürdəmir şəhərində intihar hadisəsi baş verib. Kürdəmir rayon Prokurorluğundan verilən məlumata görə, şəhərin Məhəmməd Füzuli küçəsi 1 ünvanında yaşayan 12 yaşlı Elşən Mehbalıyev özünü yaşadığı evin həyətindəki yarımçıq tikilinin damından iplə asıb. E.Mehbalıyev 6-cı sinif şagirdi olub. O, ailə üzvlərinin evdə olmadığı vaxt intihar edib. İntihara səbəb isə qardaşı Nicatın və nənəsinin onu qonaqlığa aparmaması olduğu ehtimal olunur. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA