ümumdünya Səhiyyə Təzkilatı həyəcan təbili çalır: "Donuz qripi"nin ağır nəticələri artır

img

29-08-2009 [12:18]


Ümumdünya Səhiyyə Təşkilatının rəsmi internet saytında yayımlanan hesabatda, donuz qripi epidemiyasına səbəb olan H1N1 virusundan 2185 nəfərin öldüyü bildirilir. ?CNN Türk?-ün məlumatina görə, Amerika qitəsi 110 113 xəstədən 1876-nın ölümü ilə ilk yeri tutur. İkinci yerdə isə 49 797 xəstədən 203-nün ölümü ilə cənub-şərqi Asiya ölkələridir. Hesabatda Avropanın 42 557 xəstəlikdən 85 nəfərinin ölümü ilə üçüncü yerdə olduğu bildirilir. Afrika isə 3843 xəstədən 11-nin ölümü ilə dördüncü yerdədir. Qeyd edək ki, H1N1 virusuna 177-dən çox ölkədə 209 438 nəfər yoluxub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA