Turkiyənin baz naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti ilham Əliyevə zəng edib

img

28-08-2009 [08:12]


Avqustun 28-də Turkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Dövlətimizin başçısı və Türkiyə Respublikasının Baş naziri Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə inkişafından və əlaqələrin daha da möhkəmlənməsindən məmnunluq ifadə ediblər. Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı proseslər, regional münasibətlərlə əlaqədar vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Türkiyənin Bakıda səfirlyindən verilən məlumata görə isə baş naziri Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə bildirib ki, Cənubi Qafqazda baş verən proseslərlə bağlı ona ətraflı məluman vermək üçün xarici işlər nazirliyinin iki yüksək rütbəli əməkdaşına - Feridun Sinirlioğlu ilə Ünal Çeviközə xüsusi vəzifə tapşırıb. Bu məqsədlə sabah Feridun Sinirlioğlu ilə Ünal Çeviköz Bakıya gələcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA