Qarabağ əlili evinin partladılıdığını iddia edir

img

28-08-2009 [07:22]


Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Qarabağ əlili Bakir Bayramov evinin partladılması ilə bağlı mətbuat konfransı keçirib. Qubadlı rayonundan məcburi köçkün olan B.Bayramov jurnalistlərə məlumat verdi ki, ailə üzvləri ilə birlikdə Azərbaycan Dövlət Neft Akademiyasının 1 saylı tələbə şəhərciyində yerləşən yataqxananda yaşadığı otaq yanvar ayında qaz sızması nəticəsində partlayıb. Şikayətçi bunun günahını yaşadığı otağın alt mərtəbəsində yerləşən ?Gözəl məkan? restoranının sahibi Əlövsət Quliyev, tələbə şəhərciyinin direktoru Kamal Quliyev və Qaz İstismarı İdarəsinin rəisi Yaşar Osmanovda görür. ?Restoran əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyindən hüquq-mühafizə orqanlarına müraciət etdim. Bir gün sonra isə yaşadığım otağa restorandan qaz sızmağa başladı. Nəsimi rayon Qaz İstismar İdarəsinin rəisi Yaşar Osmanov qaz sızması olduğunu təsdiq etsə də, restoran sahibi ilə görüşdən sonra o, məni yalan məlumat verməkdə ittiham etdi. Yanvar ayının 5-də otaqda qaz sızması nəticəsində dəhşətli partlayış oldu. Mən və ailə üzvlərim ağır dərəcəli yanğın xəsarətləri aldıq? ? deyən Bayramov bildirdi ki, məsələ ilə bağlı dəfələrlə ölkə başçısına və digər aidiyyəti qurumlara müraciət edib: ?Mətbuat vasitəsilə müraciət edərək, mənim və ailəmin başına oyunlar açan şəxslərin cəzalandırılmasını istəyirəm.?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA